Nida.az
Ekspert: “Yanlış addım işğala səbəb ola bilər” - MÜSAHİBƏ
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Publika.az-a müsahibəsində Avropanın ordu yaratması ehtimalı, dünya güclərinin qarşıdurması və bunun Cənubi Qafqaza təsirlərini şərh edib.
- Avropanın vahid ordusunun yaradılması məsələsi gündəmə
gəldi. NATO olduğu halda belə bir orduya zərurət nədən yarana
bilər?
- Avropanın vahid ordusunun yaradılması məsələsi hər dəfə gündəmə
gətirilir və müzakirə olunur. Bu, hazırda sadəcə təklifdir və
reallaşması o qədər də ciddi görünmür. Bu məsələnin reallaşması
üçün ən azı 20 il zaman lazımdır. Lakin bu o qədər də asan məsələ
deyil. Bu gün Avropanın təhlükəsizliyini NATO qoruyur. II Dünya
müharibəsindən sonrakı zaman kəsimində və sovetlər birliyi
dağıldıqdan sonra da Avropa NATO çətiri altında vahid şəkildə
birləşdi. Bunu NATO olmadan etmək mümkün deyil.
Avropa Birliyi bu gün qlobal güc mərkəzlərindən biri olmaq istəyir.
Buna görə də vahid Avropa ordusu yaratmaq istiqamətində səylərini
davam etdirir.
- Bəzən nə qədər qeyri-ciddi görünsə də, üçüncü dünya
müharibəsi haqda proqnozlar verilir. Avropanın vahid ordu yaratması
belə bir müharibə ilə nəticələnə bilərmi?
- Üçüncü dünya müharibəsi haqda ehtimallar və ya fikirlər
cəfəngiyatdır. Böyük müharibə o zaman baş verə bilər ki, qlobal
güclər bir-birinə qarşı açıq şəkildə savaş açsın. Bu, indiki halda
mümkün deyil. Çünki beynəlxalq hüquq və normalar var. Avropanın
vahid ordu yaratmaqda məqsədi isə müharibə aparmaq yox, müdafiə
olunmaqdır. Hər bir dövlətin və ya birliyin özünü qoruma sistemi
yaratmağa hüququ var.
- Baş verən geosiyasi oyunlar fonunda bizim üçün əsas olan
ölkəmizin yerləşdiyi Cənubi Qafqazın durumudur. Son vaxtlar
amerikalı ekspertlər Vaşinqtona bölgədə təsir imkanlarının
azaldığına dair xəbərdarlıqlar edir və sanki Qərb-Rusiya
qarşıdurmasının növbəti məkanının Cənubi Qafqaz olacağı fikri
hakimdir. Belə bir qarşıdurma mümkündürmü və bu region ölkələrinə
nə verə bilər?
- Cənubi Qafqaz istər Amerika, istərsə Rusiya üçün çox vacib
coğrafi bölgədir. Avropa və Asiya qapısına nəzarət etmək siyasi
gücün göstəricisidir. Bu gün böyük dövlətlərin gizlin və açıq
şəkildə Cənubi Qafqazda savaşı normal qarşılanmalıdır. Amerika son
bir ildə Cənubi Qafqazda həm nüfuz, həm də mövqe məsələsində
Rusiyaya uduzur. Bunun da səbəbi Obama administrasiyasının bəzi
məsələlərdə ləng addım atmasıdır. Vaşinqtonun bölgədə təsir
imkanlarını itirməsi haqda amerikalı ekspertlərin fikirləri əsassız
deyil və onlar narahatlıq hiss etdikləri üçün bu cür danışırlar.
Rusiyanın Cənubi Qafqazda siyasəti daha aktivdir. Rusiya
Ermənistanda yerləşdirdiyi hərbi güclə bu aktivliyi daim yüksək
səviyyədə saxlayır. Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya da
ona bu işdə əlavə yardımçı olur.
- Hesab etmək olarmı ki, regionda qarşıdurma artıq
başlayıb?
- Cənubi Qafqazda artıq proseslərə start verilib və hazırda çox
həssas bir dönəm başlayır. Atılacaq kiçik yanlış bir addım
ümumilikdə ölkələrin işğal olunmasına gətirib çıxara bilər. Region
ölkələri özlərini bu və digər təhlükələrdən qorumaq üçün
demokratiya yolunu tutmalıdır. Demokratiya yolu bütün problemlərin
kökündən həll olunması deməkdir. Hazırkı situasiyada düzgün
qiymətləndirmələr və demokratiya yolu tutan ölkə regionda söz
sahibi olacaq.
Asif Nərimanlı
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı











.jpg)





.jpg)



















