“Xədicənin qarşısını kəsə biləcək heç bir mənəvi dəyər yoxdur…”
Bizi izləyin

Nida.az

“Xədicənin qarşısını kəsə biləcək heç bir mənəvi dəyər yoxdur…”

Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev növbəti müəllif yazısı ilə çıxış edib. Publika.az həmin yazını təqdim edir.

Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev növbəti müəllif yazısı ilə çıxış edib. Publika.az həmin yazını təqdim edir.

***

Jurnalist, politoloq, kəşfiyyatçı, araşdırmaçı, öncəgörən, əlqərəz “hərşeyşünas” Xədicə İsmayılın məxfi siyahısı ətrafında gedən söz- söhbətlər səngimək bilmir. Əksinə, daha da artan dinamika üzrə irəliləməkdədir. Son günlər media əsas manşet xəbəri olaraq bu haqqda yazır və ortalıqda son dərəcə cəlbedici, eyni zamanda maraqlı mülahizələr var.

Əvvəla ondan başlayaq ki, Xədicə haqqında yazılan bütün qara hərfli yazılar, şübhələr, ittihamlar, hətta ehtimallar belə ona çox rahat bir şəkildə yapışır. Çünki adamın “yapı”sı “yapı”deyil, bünovrəsi bünövrə deyil. Eyni zamanda haqqında deyilən bütün söyləntilərə də insanın inanmamaqdan çox inanmağı gəlir. Niyə? Ona görə ki, nə jurnalistikada, nə siyasətdə, nə də insanlıqda Xədicənin qarşısını kəsə biləcək heç bir tabu, sərhəd və mənəvi dəyər yoxdur. Təbii, şəxsi anlamda və öz maraqları kontekstində...

Eynulla Fətullayevin rəhbərlik etdiyi “virtual.az”saytında dərc olunan məlum yazıdan sonra bütün diqqətlər yenidən Xədicənin üzərinə yönəlib. Adam isə qımını belə qımıldatmır. Əksinə təkzib, ya da hər hansı bir açıqlama vermək əvəzinə gözdən yayınmağa, eyni zamanda yeni iddialarla-hansi ki, dünəndən etibarən sosial şəbəkələrdə paylaşmağa başlayıb- vəziyyəti sığortalamağa çalışır. Niyə? Çünki, üzərində çox böyük ittihamlar var və özü də anlayır ki, artıq həmin ittihamlara cavab verməyin zamanı gəlib.

Xədicənin Amerika Senatının əməkdaşlarına verdiyi notlar və danoslar artıq ifşa olunub. Baxmayaraq ki, həmin notlarda və danoslarda göstərilən faktlar onun ruhi vəziyyətindən, fərdi təxəyyülündən, eyni zamanda ehtimallarından savayı heç nəyi əks elətdimir. Və deyim ki, heç mövzunun qlobal tərəfi də bu deyil. Məsələ burasındadır ki, yalan ya da doğru, fərq eləməz - Xədicə öz dövləti və vətəndaşı haqqında informasiya ötürüb. Həm də agent və kəşfiyyatçılara. Hansı ki, bu informasiya mübadiləsi illərdir “5-ci kolon”adlandırdığımız məlum qrupun üzvləri vasitəsilə davamlı olaraq həyata keçirilir. Sadəcə, bu dəfə ilişən Xədicə olub və ya adamı iş üstündə yaxalayıblar...

***

Amerikanın ölkəmizdəki səfirliyi artıq məsələ ilə bağlı açıqlama yayıb və məlum siyahını cəfəngiyyat adlandırıb. Hər halda onlardan başqa bir tərz nümayişi də gözləmirdik. Amma, ortalıqda cavabını gözləyən çox maraqlı suallar var. Məsələn, Amerika Senatının Aparat əməkdaşları Con Zadrozni və Daniel Vajdiçin görəsən nəyinə lazımdır ki, Azərbaycan müxalifətində kim iqtidara işləyir? Və ya elə ancaq bu sualın özü məlum şəxslərin ölkəmizə konkret missiya ilə gəldiklərindən xəbər vermirmi?

Və ya, digər bir məsələ: Həm Zadrozni həm də Vajdichin qeyri-leqal kəşfiyyata birbaşa bağlılığı haqqda dəqiq məlumatlar var. Belə olan halda isə Xədicənin “sadəcə nahar edirdik”- əfsanəsinə güman ki kimsə inanmaz. Və ya Amerikadan Bakıya o boyda yolu basa-basa gələnlər “verbovka”olunacaq insanların siyahısını da heç şübhəsiz öncədən müəyyən ediblər. Xədicənin tərcümeyi-halı isə həmin siyahıda birincilərdən olmaq üçün yetərli əsaslar verir...

Və nəhayət, son bir məqama toxunum. Məlum danosda demək olar bütün müxalif başbilənlərin adı çəkilib. Bir tək Əli Kərimlidən başqa. Həm də Xədicənin yaxın dostu və sirdaşı olan Kərimlidən başqa. Bu faktın isə özü-özlüyündə təfsilata ehtiyacı yoxdur. Çünki səbəb aydndır. Və ya, əgər Xədicə İsmayıl Qərbin yaratdığı və birbaşa təlimatla işləyən “5-ci kolon”un əsas ruporlarından biridirsə, Əli Kərimli də onların siyasətdəki əl oyuncağıdır. Yəni bunların idarə olunduğu şəbəkə eynidir....

***

Kriminal aləmdə belə bir tendensiya var: Hər hansı bir cinayətkarı mafiyaya qəbul eləmək üçün ona son dərəcə təzadlı və ağır bir iş tapşırırlar. Amma, hüquq - mühafizə orqanlarından yayınmaq şərtilə...

Siyasət də bax elə təxminən bu cürdür. Və ya “demokratiyadan sorumlu”adı altında fəaliyyət göstərən beynəlxalq mafiyalar müxtəlif ölkələrdə yerləşdirmiş olduqları emissarlarına son dərəcə ağır şərtlər tətbiq edirlər. Onları radikal olmaq və tarana getmək məcburiyyətində qoyurlar. Hansı ki, eyni adlı kontekstdə Azərbaycan da istisna deyil. Yox əgər belə olmasaydı, o zaman Qərbin Azərbaycandakı “inqilab dərnəyi”olan “5-ci kolon” öz nümayəndələrini bu qədər kəskin kritikaya soxmazdı. Məsələn, İlqar Məmmədov parlamenti o formada təhqir eləməzdi, Əli Kərimli ağlına və ağzına gələnləri süzgəcdən keçirmədən “Azadlıq”qəzetinin manşetlərinə daşımazdı. Və nəhayət, Xədicə İsmayıl günün günorta çağı şəhərin düz mərkəzində, üstəgəl bu böyüklükdə riski gözə alaraq hansısa dövlətin agentura şəbəkəsinə məlumatlar ötürməzdi...

Amma məcburdurlar. Hətta, məhkumdurlar.

Çünki, üzərlərinə qoyulan öhdəlik budur.

P.S Bağırmadan, satmadan, satılmadan olmur....

Oxumağa davam et
Reklam
Reklam

Gündəm