Nida.az
Pənah Hüseyn İsa Qəmbərə qarşı çıxdı: “İqtidarla danışığa getməliyik”
“Azadlıq-2015” seçki blokunun təşkilatçılığı ilə
“Dəyişən dünya və Azərbaycan: mövcud durum və perspektivlər”
mövzusunda dəyirmi masa keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn iqtidarla
danışıqlara getməyin vacibliyinə toxunub. Onun sözlərinə görə,
iqtidar-müxalifət görüşləri milli birlik baxımından şansdır: “Biz
bu görüşlərə İsa Qəmbəri, Arif Hacılını, Cəmil Həsənlini də dəvət
etmişdik. Yəqin ki, bizim qarşımızda söz deməyə ehtiyac hiss
etməyiblər. Bir düşüncə, götür-qoy etmək problemi var. Müxalifət
gözləyir ki, gözlərini açacaqlar və xalq onları hakimiyyətə
gətirəcək. Ancaq artıq o dönəm deyil. Ona görə də hesab edirəm ki,
həm iqtidar, həm də müxalifət problemlərdən çıxış yollarını
axtarmalıdır. Bir araya gələrək, milli birlik nümayiş etdirməliyik.
Bunun üçün bu il keçiriləcək parlament seçkiləri çox önəmlidir.
İqtidarla danışığa getməli, müzakirələr aparmalıyıq”.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı
bildirib ki, hazırda dünyanı ziddiyyətlər bürüyüb: “Bu
ziddiyyətlərin Azərbaycana da keçmək təhlükəsi var. Hesab edirəm
ki, hazırda son dərəcə məsuliyyətli dönəmdəyik. Ölkənin milli
mənsubiyyət daşıyan ziyalıları problemlərin həllində fəallıq
göstərməlidirlər”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif
Bağırzadə vurğulayıb ki, iqtidar-müxalifət görüşlərində müzakirə
olunan məsələlər konkretləşməlidir: “Təəssüflər olsun ki, hazırda
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar arasında da
münasibətlər ürəkaçan deyil. Bu baxımdan ilk növbədə siyasi
partiyalar arasında münasibətlər normallaşmalı, ümummilli
məsələlərdə iqtidarla həmrəylik göstərilməlidir”.
Azad Demokratlar Partiyasının (AZdp) sədri Sülhəddin Əkbər
dünyada baş verən siyasi-iqtisadi vəziyyət və bu proseslərin
Azərbaycana təsirindən danışıb. O, ölkədəki ictimai-siyasi
vəziyyətin fonunda, iqtidar-müxalifət dialoqunun önəmini
vurğulayıb. S. Əkbər “Azadlıq-2015” seçki blokunun konsepsiyası
barədə də tədbir iştirakçılarına məlumat verib.
Asif Nərimanlı
-
Cənubi Qafqaz16:42Ermənistanda kütləvi həbs: Rusiyaya bağlı siyasətçilər sıradan çıxarılır
-
Dünya15:50Yerin 15 kilometr dərinliyində aşkar edildi: İllərlə gizli qalıb
-
Yaxın Şərq15:43İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı








































