Nida.az
Mehriban Əliyeva: Qonaq qəbul etmək Azərbaycan xalqının canındadır
Moskvada səfərdə olan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Rusiyanın TASS agentliyinə məxsusi müsahibəsində bildirib ki, Azərbaycanda birinci Avropa Oyunlarının iştirakçıları və qonaqları üçün maksimum rahat şərait yaradılır.
Oyunlara hazırlıq mərhələsi artıq yekunlaşmaq üzrədir. Planda nəzərdə tutulan işlərin hamısı yerinə yetirilib, idman obyektlərinin, demək olar ki, hamısı inşa edilib. Hazırda oyunların açılış mərasiminə hazırlıq işləri sürətləndirilib. Açılış mərasiminədək bir neçə test yarışlarının keçirilməsi nəzərdə tutulub.
Azərbaycanın birinci xanımı TASS agentliyinə müsahibəsində
vurğulayıb ki, birinci Avropa Oyunları gələcəyin standartlarını
müəyyənləşdirəcəkdir. “Oyunlara hazırlıq işlərinə məhz bu baxımdan
yanaşırıq. Məqsədimiz budur ki, Oyunların bütün iştirakçıları və
nümayəndə heyətləri özlərini rahat hiss etsinlər”, - deyə Mehriban
Əliyeva vurğulayıb. O, qeyd edib ki, fərqi yoxdur, istər bir olsun,
istərsə də min, qonaq qəbul etmək Azərbaycan xalqının qanında,
canındadır. Heydər Əliyev Fondunun prezidentinin sözlərinə görə,
təşkilat komitəsi maraqlı mədəni proqram da hazırlayıb. Avropa
Oyunları ölkəmizlə tanışlıq üçün yaxşı fürsətdir.
Mehriban xanım Əliyeva idmana yatırılan sərmayələrin
uzunmüddətli perspektivə malik olduğunu vurğulayaraq, əminliyini
bildirib ki, son nəticədə bu sərmayələr cəmiyyətə, cəmiyyətin hər
bir üzvünə fayda verir.
-
Ekologiya07:17Bayram günü hava necə olacaq?
-
Magazin206:16“Mən heç cavan olmadım” - Elnarə Abdullayeva
-
Magazin104:14Azərbaycanda bir-birinə bənzəyən məşhurlar gündəm oldular - Foto
-
Magazin203:13Türk ulduz Ərdoğanı təhqir etməkdə şübhəli bilinir
-
Region02:42SEPAH-dan həyasız böhtan: Azərbaycanı hədələdi - Foto
-
Yaxın Şərq02:12Netanyahu İrana "çoxlu sürprizlər" vəd etdi
-
Qoroskop00:15Günün ulduz falı - Səthi sevinc sizi qane etməyəcək
-
Magazin17 Mart 23:00Könül Kərimovaya qarşı 245 minlik dələduzluq




































