Nida.az
Protokoldan kənar: Birinci xanımın qeyri-adi və çox səmimi müsahibəsi
Hər şey haqqında sadə suallara qısa cavablar Mehriban Əliyeva şəxsiyyətinin dərinliyini, gözəlliyini və parlaqlığını qeyri-adi şəkildə üzə çıxarır. Azərbaycanın birinci xanımının "Baku" jurnalı üçün qeyri-adi və çox səmimi müsahibəsi. (2014-cü il)
"BAKU": İntrovert, yaxud ekstravert?
İntrovert. Refleksiya - həyat tərzimin zəruri şərtidir. Hərçənd sosiumda ehtimal ki, ekstravert kimi qəbul olunuram.
"BAKU": Monoxrom, yaxud rəng?
Monoxrom. Bir rəng bütövlük və yığcamlığın əlamətidir.
"BAKU": Cəld, yaxud asta?
Sürət. İstənilən hərəkət statikadan üstündür.
"BAKU": Gecə, yaxud gündüz?
Gündüz. Düşüncəsiz vəziyyəti sevmirəm.
"BAKU": Dünyada nəyi dəyişmək istərdiniz?
Dünyanı dəyişmək istəyim yoxdur. Mənə özümün dəyişməyi, ən yaxşı olmaq maraqlıdır. Fikrimcə, məşğuliyyət daha faydalıdır.
"BAKU": Həkim mərhəmətli olmalıdırmı?
İstərdim ki, mərhəmətlilik insanlara peşə fəaliyyətindən asılı olmayaraq xas olsun.
"BAKU": Yaz, yaxud payız?
Yaz da, payız da. Həm yay, həm qış. Axı yaz fevralda da olur. Ürəkdə.
"BAKU": Siz niyə aktrisa olmadınız?
Gənclik illərində kinematoqrafla bağlı kiçik epizod məndə aktrisa olmaq istəyini qətiyyən oyatmadı.
"BAKU": Sevimli rəqəminiz?
Yeddi.
"BAKU": Nikbin, yaxud bədbin?
Nikbin. Mənə təfəkkür və söz maddiyyatı nəzəriyyəsi yaxındır. Belə olan halda neqativi maddiləşdirmək nəyə lazımdır?
"BAKU": Sizin əsas həyat prinsipiniz?
İstənilən vəziyyətdə ləyaqəti qorumaq.
"BAKU": Sevimli daş-qaşınız?
Opal. O, dərin və həmişə müxtəlifdir.
"BAKU": Sizin üçün insanlarda üç əsas vacib keyfiyyət hansıdır?
Ləyaqət, intellekt, mehribanlıq.
"BAKU": Biz total ayrılmalar dövründə yaşayırıq. Getdikcə daha çox xəyanətlər baş verir, həqiqi dəyərlər yalanla əvəzlənir. XXI əsrin insanı sevgisiz yaşaya bilərmi?
Bütün dövrlərdə bəşəriyyət üçün sevgi nəfəs kimi tamamilə orqanik, zəruri və qaçılmaz hissdir.
"BAKU": Müasir cəmiyyətə ideallar lazımdırmı?
İstənilən cəmiyyətə ideallar lazımdır. Əxlaqi ideallar.
"BAKU": Əgər Uca Tanrı Sizə imkan versəydi, keçmişinizdə nəyi dəyişərdiniz?
Mənə ən əziz insan olan anamın xəstəliyini və bu dünyadan gedişini...
"BAKU": Dostoyevski deyib ki, gözəllik dünyanı xilas edəcək. Bu belədirmi? Qadınlar dünya hadisələrinin gedişatına təsir edə bilərmi, yoxsa bütün qərarlar kişi siyasətçilərdən asılıdır?
Dostoyevski öz qəhrəmanının dilindən mənəvi gözəllikdən, pisliyin insanların normal vəziyyəti ola bilməyəcəyindən, yalnız Xeyirin həqiqətən də gözəl olmasından bəhs edib. Əgər planeti məhv olmaqdan qoruyacaq bir şey olacaqsa, bu, Xeyirdir. Fikrimcə, burada gender sualının əlaqəsi yoxdur.
"BAKU": Siz həyatda həmişə hansı qaydaya riayət edirsiniz?
Son dərəcə təbii olmaq. Oyun oynamamaq.
"BAKU": Niyə həyat belə həssasdır?
İnsan həyatının niyə belə həssas olduğunu bilmirəm. Bəlkə ruhun davamlılığının rəhni bundadır?
-
Yolçu17:00
“Harri Potter”in yazıldığı məkandan REPORTAJ - FOTOLAR
-
Nida Xəbər 16:35
Həbs edilən “Plazalar kralı” görün kimin kürəkəni imiş - FOTO
-
Nəqliyyat16:00
Elektrik benzinə qalib gələ bilmir: Minimum 10 il lazımdır ki...
-
Sosial14:51
Aprel ayından etibarən 4 günlük iş həftəsi tətbiq ediləcək
-
Hadisə14:16
Tələbə ürəktutmadan öldü - FOTO
-
Ekologiya12:05
Bakı-Şamaxı yolunda qar hərəkəti iflic etdi - VİDEO
-
Qoroskop11:12
Yeni il bu bürclərə düşərli olacaq
-
Sosial10:16
"Şokolad trendi" ilə bağlı fərqli videolar və TANINMIŞLARIN REAKSİYASI