Jalə Əliyeva: “Avropa Oyunları Azərbaycanın mövqeyinin təsdiqlənməsi baxımından əhəmiyyətlidir”
Bizi izləyin

Nida.az

Jalə Əliyeva: “Avropa Oyunları Azərbaycanın mövqeyinin təsdiqlənməsi baxımından əhəmiyyətlidir”

“I Avropa Oyunları ölkəmizin mövqeyinin dünyada bir daha təsdiqlənməsi baxımından əhəmiyyətli tədbirdir”.

Millət vəkili Jalə Əliyeva Publika.az-a açıqlamasında belə bir etimadın göstərilməsi, ilk dəfə Avropa idman oyunlarının keçiriləcəyi məkan olaraq müstəqilliyini cəmi 20 il bundan əvvəl elan edən Azərbaycanın seçilməsini böyük uğur adlandırıb: “Bu, Azərbaycan dövlətinə, ziyalılığına olan inam və etimaddır. Hər bir azərbaycanlı bu oyunlarla fəxr edir. I Avropa Oyunları ev sahibliyi etdiyimiz ilk beynəlxalq tədbir deyil. Bu sahədə böyük təcrübələrimiz olub. Çox sayda beynəlxalq konfransları təşkil etmişik. Hər bir tədbirə Azərbaycan öz imzasını atıb. 3 il öncə “Eurovision” mahnı müsabiqəsi keçirildi. İnanırıq ki, oyunlardan əldə etdiyimiz uğurlar bir daha ölkəmizə başucalığı gətirəcək”.

Millət vəkilinin sözlərinə görə, bu həm də Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mübarizəsinin həllində əhəmiyyətli addım olacaq: “Bu günədək Azərbaycan reallığını görməzlikdən gələn ölkələr və fövqəldövlətlər bir daha əmin olacaq ki, Azərbaycan sülh tərəfdarıdır, ölkəmizin heç bir ölkənin torpağında gözü yoxdur. Əksinə, bütün bunları Azərbaycana qarşı ediblər. Təəssüflər olsun ki, dünya birliyi bu ədalətsizlik qarşısında susur. İnanırıq ki, Avropa Oyunlarında milyonların gözünün Azərbaycana çevrilməsi ölkəmizin haqlı mövqeyini daha da möhkəmləndirəcək, Qarabağ probleminin həllinə aparan yola əhəmiyyətli bir işıq saçacaq”.

J. Əliyevanın sözlərinə görə, Azərbaycan I Avropa oyunları ilə bir daha tolerant, dünyəvi, sülh tərəfdarı olan ölkə olduğunu nümayiş etdirəcək: “Oyunlara yüksək səviyyədə hazırlıq gedir. Məşəl alovlandırıldı, bizi bu gözəl oyunlardan sayılı günlər ayırır. Mən inanıram ki, hər şey stabil şəraitdə keçəcək”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm