Nida.az
Rasim Musabəyov: “Ermənilər israr etsə, onlar üçün ağır günlər başlayacaq”
“Keçmiş sovet ölkələri Qələbənin 70 illiyini qeyd
edərkən xain ermənilər də Şuşanın işğalını bayram kimi qeyd
edirlər. Sirr deyil ki, Azərbaycan, Ermənistan və İran
prezidentləri Qarabağda hərbi hücumların dayandırılması haqda qərar
qəbul edərkən ermənilər xaincəsinə Şuşaya hücum edərək işğal
etdi”.
Publika.az xəbər verir ki, bu barədə Milli
Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə faktiki olaraq ermənilər soyqırımı və etnik
təmizləməni bayram edir və bütün dünya buna göz yumur: “Lakin bəzi
ikiüzlü ölkələr qondarma “erməni soyqırımı”na görə göz yaşı axıdır.
Bu gün Ermənistan Azərbaycan torpaqları hesabına dövlət qurublar və
Türkiyə ərazisinə iddia edirlər. Lakin nə Azərbaycan, nə Türkiyə,
nə də dünya bununla barışmayacaq. Əgər ermənilər ağıllanmayaqsa,
beynəlxalq hüquqa zidd iddialarında israr edəcəksə və sülh
danışıqlarını pozacaqsa, onda onlar üçün əsl ağır günlər gələcək.
Güclü Azərbaycan ordusu erməniləri Azərbaycan torpaqlarından qovub
çıxaracaq, Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğalçılardan
təmizləyəcək”.
R. Musabəyov ermənilərin təxribat hərəkətlərini cavabsız qoymamağın
vacibliyini qeyd edib.
Asif Nərimanlı
-
Nida Xəbər 15:36İlham Əliyev Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu - FOTO
-
Region15:33Bələdiyyə işçiləri saxlanıldı, sədrin həbsinə order verildi
-
Sosial15:00Azərbaycanda balığa da vergi gəlir - Qiymətlər kəskin bahalaşacaq
-
Hadisə14:25İcra başçısı köməkçisini işdən çıxardı
-
MDB13:01"McDonald's" niyə Rusiya bazarına qayıtmayacaq?
-
Ekologiya12:40Şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
Sosial12:10Giriş iki manat, çay 20 manat…
-
Hadisə11:40Bakıda motosikletçilər dəhşətli qəza törətdilər: Ölən var - VİDEO























.webp)










