Nida.az
Zahid Oruc: “Azərbaycan lideri yeni kursun anonsunu verdi”
“Nə Avropa Oyunları, nə də digər tədbirlər bu faciənin qarşısında heç nədir”.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 19-da baş vermiş faciəli
yanğın hadisəsi ilə bağlı öz mövqeyini qəti şəkildə bildirdi.
Yanğınla bağlı Dövlət Komissiyasının ilk iclasında çıxış edən
dövlət başçısı kifayət qədər sərt danışdı, günahkarların
cəzalandırılacağını bildirdi.
Millət vəkili Zahid Oruc Publika.az-a
açıqlamasında qeyd edib ki, Azərbaycan lideri daim öz vətəndaşının
yanındadır: “Biz iclasda qətiyyətli və olduqca sərt lideri gördük.
Azərbaycan lideri xalqın ağrılarını, acılarını öz çiyinlərinə
götürən insandır. İlk növbədə hökumətin müxtəlif strukturları
arasındakı bir sıra rabitəsizlik, ayrı-ayrı hallarda qanunsuzluğa
yol verilməsi hallarına sərt şəkildə münasibətini bildirən dövlət
rəhbəri əslində məmurlar üçün sonuncu xəbərdarlığını verdi”.
Z. Oruc hesab edir ki, dövlət başçısının sərt çıxışı yenilənmə
kursunun ilkin anonsunu da verdi. Onun sözlərinə görə,
vətəndaşların maraqlarına zidd fəaliyyət göstərən, etimadını
itirən, müəyyən mənada kritik situasiyalarada məsuliyyəti öz
çiynindən atan adamlara siqnallar verildi: “Prezident məmurlara
bütün bu proseslərin fərqində olduğunu və vəziyyətə nəzarət
etdiyini göstərdi. Hesab edirəm ki, bu müşavirə xalqla işləyə
bilməyən, vətəndaş maraqlarını tapdalayan qüvvələr üçün son
şansdır”.
Millət vəkili qeyd edib ki, dövlət başçısının “Nə Avropa
Oyunları, nə də digər tədbirlər bu faciənin qarşısında heç
nədir” sözləri bu ölkədə insana verilən qiymətin bariz
nümunəsidir.
“Azərbaycan lideri bununla öz vətəndaşına olan münasibətini
göstərdi. Yəni bu ölkədə insandan, insanın həyatından vacib heç nə
yoxdur. Bu prezidentin mövqeyidir və bütün məmurlar bu mövqeni
paylaşmalıdır”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Region13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər
-
Sosial11:55Təhsil TV-yə direktor təyin edildi - FOTO
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq












.jpg)




.jpg)





















