Partiya sədrindən Günel Mövluda ağır sözlər -VİDEO
Bizi izləyin

Nida.az

Partiya sədrindən Günel Mövluda ağır sözlər -VİDEO

Demokratik Maarifçilik Partiyasının sədri, Elşən Musayev müəllifi olduğu "Mövqe" verilişində yazar Günel Mövludu sərt tənqid edib. AZXEBER.COM xəbər verir ki, yazarın ermənilərə məktubu siyasətçini qəzəbləndirib. O, qeyd edib ki, Günel Mövluda qarabağlı deməyə dili gəlmir.

Elşən Musayevin çıxışını təqdim edirik:

"Bir müddətdir Azərbaycanda gənclərdən ibarət çox maraqlı bir yazar təbəqəsi formalaşıb – post modernistlər. Adlarından da göründüyü kimi adamlar müasirlik havasına giriblər və deyim ki, özlərindən başqa kimsəni də bəyənmirlər. Guya bunlar qlamurdular, heç nəyə pis baxmırlar, açıq-saçıqlıq onların qanındadır, ruhundadır, təbiətindədir və... nəhayət sanki dədə-babadan gördükləri bu olub: “sosyete həyat”, heç birimizin görə bilmədiyi dioqanalda dünya görüşü və s ilaxır. Hə, bir də sənətdən, fəaliyyətdən başqa hər şey haqqında danışmaq. Ələlxüsus da intim mövzularda.

Və bir daha söyləyirəm, bunun adı bəlli kuluarlarda postmodernizmdir. Ana prinsip isə budur: Nə qədər çılpaq dildə çox danışsan, bir o qədər müasirsən. Və heç fərq eləməz: kənddən gələn vaqondan dünən axşam düşmüsən, yoxsa bu gün səhər. İki məqalə, bir qısa ətək və üç-dörd bakal viski...Vəssalam, sən artıq postmodernistsən. Bundan sonra ürəyin istəyən kimi davrana, hamıya yuxarıdan aşağı baxa və eyni zamanda bir tək ağlına deyil, həm də ağzına yetəni danışa bilərsən. Hətta meylin çəksə, özünü çox rahat bir formada arzuladıqlarının və arzulandıqlarının qarşısında təmsil edə bilərsən. Nə formada olursa olsun: Saxta millətçi, yazar, siyasi mühacir ya da bütün bu söylədiklərimin kompleksi olan - Günel Mövlud formasında! Yəqin xəbəriniz var, Azərbaycanda post-modernizmin “ən parlaq” nümayəndələrindən olan qarabağ əsili bu xanım (hərçənd xanım deməyə də adamın dili gəlmir) erməni dostlarına heyrətamiz bir məktub ünvanlayıb. Həm də Xocalı faciəsi günü. Üstəgəl, adının sonluğuna “Milli”təxəllüsü artıran birinin, yəni Emin Millinin rəhbəri olduğu “Meydan”, əslində isə Şeytan TV - nin vasitəsilə...Demək olar, bütün kütləvi informasiya vasitələri artıq mövzu haqqında yazıb, eyni zamanda müxtəlif insanlar mövqeyini bildirib. Fəqət, bu, elə məsələdir, burda bir tək mövqe bildirməklə, ifşa eləməklə yetinmək olmur ki.... Adam nə döyə bilir, nə kəsə, nə də asa. Yalnız üzülmək qalır. Milli mənsubiyyətimizi həm də bu cür iyrənc məxluqlar daşıyır deyə - ÜZÜLMƏK...! Günel Mövlud öz dostlarına yazmış olduğu məktuba “hörmətli erməni xalqı” - xitabı ilə başlayıb. Və beynində nə məqsəd tutubsa ( hərçənd o məqsəd çoxlarına aydındır) dərhal sentimentallaşıb. Ardınca da yalvarış yönümlü dəsti-xətt götürüb. Misal üçün, o mətndə belə bir abzas var. Elə olduğu kimi də sizlərin diqqətinə çatdırmaq istəyirəm: “Mən özüm Cəbrayıldanam. Qarabağ müharibəsində evimi və uşaqlığımı itirmişəm. Amma çəkdiyim bütün bu məşəqqətlərə baxmayaraq sizi öz qarşımda deyil, özümü sizin qarşınızda günahkar bilirəm...”.

Bax, belə yerdə deyiblər: “Dəlinin buynuzu olmur ki?” Və ya görəsən şəxsi anlamda elədiyi hansı qələtlərin fonunda Mövlud özünü günahkar bilib? - bu da son dərəcə müəmmalı bir mövzudur... Ardınca isə daha maraqlı ştrix var: “Bu dünyada bizim qədər bir-birinə bənzəyən iki millət tapmaq çox çətindir” ...Alın, bu da sizə modern təfəkkür! Və ya heç bir tarixi olmayan erməni tayfası ilə minilliklərdən bəri dövlətçilik tarixi yaşadan azəri - türk millətini yalnız Mövlud simasında olanlar eyniləşdirə bilərdi. Ki, elə eyniləşdirdi də... Və nəhayət...məktubun sonunda özü ilə eyni ağılda olan Əkrəm Əylisliyə haqq qazandıran Günel Azərbaycan vətəndaşını və xalqını az qala daş-qalaq etdiyi fonda erməni millətini dərdli və yazıq adlandırır. Həm də heç bir istinad nöqtəsinə sığınmadan. Bütün insanı dəyərlərə tüpürərək! Oysa, Günelin bilməsi və etməsi gərəkən bir sıra nüanslar, eyni zamanda məsələlər var. Əvvəla, düşünürəm o, ilk öncə tibbi labaratoriyaya getməlidir. Qan qrupunun mənşəyini öyrənmək üçün. Ki, bu adam Azərbaycanlıdır, yoxsa yox? Çünki içində azəri qanı axan biri erməninin özündən betər erməni təbliğatçısı ola bilməz. Bir erməni deyərkən yüzü də ağzından dürr eləyib tökülməz...

Hakimiyyəti bəyənmirsənsə, onu bir formada “bəyənmirəm” - deyib danmaq olar. Hətta bəd ayaqda (günelkimilərə aiddir!) ailəni, dostu, tanışı, doğulduğun regionu belə danmaq olar. Amma vətəni və milləti danmaq olmaz axı.. Onun yaşadığı faciələri görməzdən keçmək olmaz axı... Günel deyir, erməni dərdli millətdir. O zaman adamın nəzərinə çatdırmaq istəyirəm: həmin o dırnağarası dərdin yiyələri sənin 3 yaşında həmyerlini diri-diri yandırıb, dərisini soyub. Onlarla, yüzlərlə Azərbaycan xanımının namusuna toxunub.

Sayı-hesabı olmayan igidlərimizi qanına qəltan edib. Və ən nəhayət -Xocalı böyüklükdə qətliamın hökmünü verib. İndi bu saxta post-modernist Günel bir tək Almaniyadan siyasi sığınacaq alacaq deyə sadaladığm tarixin və hələ də haqqı ödənməyən qanın üzərindən bu qədərmi rahat formada keçməyi düşünür?

Günel Mövlud!... Yəqin eşitmiş olarsan. Azərbaycan leksikonunda belə bir ifadə var: “Qapazaltı”. Və ya insanlar ixtiyari bir qapaza bəzən könüllü, bəzənsə məcburi formada qonaq olma məziyyətini daşıyırlar. Bax sən ikinci qrupdansan. Gözə girmək, eyni zamanda öz psixoloji dalğınlıqlarını, problemlərini ödəmək üçün hər şeyə qadirsən. İntim mövzularda gic-gic danışmaqdan tutmuş, öz millətinin haqqını düşmən ocağının başında duranlara yedizdirməyə qədər...Yetər ki, o əyrimçə gövdəndə gəzdirdiyin baş harasa dəysin, qanasın və yalnız özünə sərf etdiyi məqamda hay-şüvən, səs-küy yaratmaq üçün sənə şans qazandırsın... Amma inan ki, hər şeyi bu qədər birtərəfli və bəsit formada hesablamaq da olmaz! Əvvəla, nəyin və kimlərin 40 gün ömrü olması barədə deyilən məhşur aforizmi, güman ki, sən də eşitməmiş deyilsən.....(sadəcə post-modernist olmadığıma görə abrıma sığınıb açıq demirəm) İkincisi...bu günə qədər sənin özünə qoyulan qiymət nə olubsa, əmin ol ki, bundan sonra sözünə də qoyulan qiymət o olacaq. Elə hər mənada!. Və nəhayət üçüncüsü...Son olaraq bir şey demək istəyirəm: Madam ki əsirlik elə əsirlikdir, kaş Azərbaycanın ismətli xanımlarının yerinə əsir düşəndə də sənin kimilər düşəydi. O zaman nə zorlanmağa ehtiyac qalardı, nə incidilməyə, nə də küsməyə...

Rəvan bir həyat yaşayardın. Doğmalarınla. Baş-başa..."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm