Nida.az
ABŞ-da Xocalı qətliamı ilə bağlı sənəd qəbul olunub
Konnektikut ştatı Nümayəndələr palatası Xocalı qətliamı ilə bağlı bəyanat qəbul edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Publika.az-a
verilən məlumata görə, bəyanatda 1992-ci ilin 26 fevral tarixində
Azərbaycanın Xocalı şəhərinə hərbi təcavüz nəticəsində yüzlərlə
insanın qətlə yetirildiyi, bir çox beynəlxalq təşkilat və bir sıra
dövlətlərin hökumətləri, həmçinin ABŞ və digər ölkələrin aparıcı
media orqanları tərəfindən bu təcavüzün qəti şəkildə pisləndiyi
qeyd olunur.
Sənəd Konnektikut ştatı Nümayəndələr palatasında çoxluğun lideri olan Co Aresimoviç (House majority leader Joe Aresimowicz), Palatanın üzvləri Kevin Rayan (Kevin Ryan) və Karolin Simmonsun təşəbbüsü ilə irəli sürülüb, Nümayəndələr palatasının spikeri və Konnektikut ştatının Dövlət katibi tərəfindən imzalanaraq təsdiq edilib.
Konnektikut ştatının Nümayəndələr palatası artıq ardıcıl olaraq üçüncü ildir ki, Ermənistan təcavüzkarları tərəfindən Azərbaycan xalqına qarşı Xocalıda törədilmiş dəhşətli qətliama dair bəyanat qəbul edir.
Asif Nərimanlı
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
-
Maraq dünyası09:44Epşteynin 100 milyonluq sərvətinin varisi bəlli oldu: Belarusdandır

























.jpg)











