Nida.az
Müsavatda repressiya çağırışı qarşıdurma yaratdı – QALMAQAL
Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlının
fikirləri yeni qalmaqal yaradıb.
Publika.az xəbər verir ki, Məclis sədri
“Müsavatçı adına layiq olmayanlar partiyadan xaric olunsa yaxşıdır”
deyə bildirib.
Onun bu fikirləri Müsavat rəhbərliyini qəbul etməyən
müsavatçıların ciddi narazılığına səbəb olub.
Bu günlərdə Müsavatdan çıxarılan ADR İdarə Heyətinin üzvü Ellada Məmmədli Publika.az-a açıqlamasında partiya rəhbərliyini sərt tənqid edib.
Onun sözlərinə görə, müsavatçı adına layiq olmayanlar Müsavat
rəhbərliyinin özüdür: “İllərini müsavatçılığa həsr edənləri, bu
yolda mübarizə aparanları fərqli fikir dediyinə və qanunsuzluğa göz
yummadıqlarına görə, partiyadan xaric edənlərin özləri müsavatçı
adına layiq deyil. Bu gün həm müxalifətdə, həm iqtidarda vəzifə
tutub şəxsi və qrup maraqlarına xidmət edənlər müsavatçılıqdan
danışa bilməzlər. Tarix hər şeyin dərsini verəcək. Bir gün
müsavatçılığı qazanc və maraq predmetinə çevirənlər də öz layiqli
qiymətlərini alacaqlar”.
Müsavat Divanının keçmiş üzvü Tural Abbaslı da Məclis sədrinin
fikirləri ilə razılaşmayıb.
Publika.az-a açıqlamasında T. Abbaslı bildirib
ki, ittiham olunan şəxslərin əksəriyyəti uzun illərin
müsavatçılarıdır: “Bu faktı unutmaq və hazırkı situasiyaya,
maraqlara görə illərin silahdaşlarına qarşı bu cür ittihamlar
səsləndirmək heç kimə yaraşmır. Müsavat könüllülük əsasında
fəaliyyət göstərir. Heç kəsə maaş verilmir. Fəaliyyət göstərənlərin
mübarizə əzmindən xəbər verir. Belə insanların çıxmasına laqeyd
yanaşmaq, partiyadan çıxarmaq başucalığı gətirməz”.
Onun sözlərinə görə, zaman hər kəsin kim olduğunu göstərəcək:
“Sadəcə olaraq, bu zamanın partiyaya zərbə vurmasını
istəmirik”.
Asif Nərimanlı
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?














.jpg)











.jpg)









