Nida.az
Nazir: “Azərbaycanda ÜDM-in çəkisi 61 faizə yüksəlib”
“Azərbaycanda 2014-cü ildə ümumi daxili məhsulun (ÜDM) xüsusi çəkisi 61 faizə yüksəlib”.
Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən yaz sessiyasının sonuncu plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.
Nazir deyib ki, Milli Məclisə təqdim olunan 2014-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi və hesabat reallığı əks etdirir: “Sənəddə dövlət borcları haqqında da məlumat verilir. Milli Məclisin müvafiq komitəsində bu məsələ geniş müzakirə edilib və bəyənilib”.
S.Şərifov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ardıcıl həyata keçirilən iqtisadi kurs nəticəsində əsas hədəflərə nail olunub:
“Həmçinin məqsədyönlü iqtisadi siyasət nəticəsində 2014-cü ildə də makroiqtisadi sabitliyə, qeyri-neft sektorunun artım sürətinə nail olunub. 2014-cü ildə ölkəmizdə 59 milyard manat və yaxud əvvəlki illə müqayisədə 2,8 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri-neft sektoru üzrə əlavə dəyər 7 faiz artaraq, Ümumi Daxili Məhsulda xüsusi çəkisi 61 faizədək yüksəlib”.
Nazir onu da vurğulayıb ki, ÜDM-in 39 faizi neft-qaz sektorunun payına düşüb.
Vasif Həsənli
-
Sosial15:00Azərbaycanda balığa da vergi gəlir - Qiymətlər kəskin bahalaşacaq
-
Hadisə14:25İcra başçısı köməkçisini işdən çıxardı
-
MDB13:01"McDonald's" niyə Rusiya bazarına qayıtmayacaq?
-
Ekologiya12:40Şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
Sosial12:10Giriş iki manat, çay 20 manat…
-
Hadisə11:40Bakıda motosikletçilər dəhşətli qəza törətdilər: Ölən var - VİDEO
-
İdman10:17“Qarabağ”dan 100 milyonluq transfer: Azərbaycan futbolunda nə baş verir?
-
İdman09:45Məşhur aktrisa niyə Messiyə pərəstiş edir? - Birgə fotonu paylaşdı
























.webp)










