Əli Kərimlinin 800 manatlıq eynəyi... – SÖZARDI
Bizi izləyin

Nida.az

Əli Kərimlinin 800 manatlıq eynəyi... – SÖZARDI

Mayın 30-da Milli Şuranın “Məhsul” stadionunda keçirdiyi mitinqdə diqqət çəkən bir sıra məqamlar oldu. Bu məqamlardan biri də AXCP sədri Əli Kərimlinin çıxdığı tribunanın kölgəlikdə olmasına baxmayaraq, mitinqin yarısına qədər gözündən çıxarmadığı günəş eynəyi idi.


Publika.az Əli Kərimlinin kifayət qədər diqqət cəlb edən eynəyinin markası və qiyməti haqda qısa araşdırma aparıb.


Əldə etdiyimiz məlumata görə, AXCP sədrinin günəş eynəyi məşhur “Emporio Armani” markasındandır və bu mövsümdə alıb.


Bu haqda bizə danışan mənbə bildirib ki, ötən yay mövsümündə AXCP sədrinin eynəyi “Esprit” markasından olub.


Paytaxtın məşhur optik mağazalarında apardığımız sorğuya görə, “Emporio Armani” bu mövsüm ən çox üstünlük verilən marakalardandır. Keyfiyyəti ilə seçilən bu eynək markasının qiyməti də bahadır. Belə ki, “Emporio Armani” markalı eynəyin qiyməti 350 manatdan 800 manat arası dəyişir.


“Eynək gözdə allergik xəstəliklər yaratmır, möhkəm və xüsusi materialdan hazırlanıb. Bu adda saxta eynəklər hazırlanıb qara bazarda 5-10 manata satılsa da, ona baxanda bizim mallarla olan fərqi aydın görünür”, - deyə adının açıqlamaq istəmədiyimiz optik mağazalardan birinin xanım əməkdaşı bizimlə söhbətində bildirir.


Söz arası, “Esprit” markalı eynəklərin də qiymətini soruşuruq. Xanım əməkdaşın dediyinə görə, bu eynəklər 200-500 manat civarındadır.


Təbii ki, AXCP sədrinin hansı markadan və hansı formalı eynəyi taxmağı ayrı məsələdir. Bir siyasətçi üçün bəzən eynək xarizma əlaməti də hesab olunur. Lakin AXCP-dən son istefalar və ortaya çıxan faktlar fonunda Ə. Kərimlinin 800 manata qədər (bəlkə də çox) eynək taxması düşündürücüdür.

Bu fonda bir neçə ay öncə partiyadan uzaqlaşdırılan Razi Nurullayevin bir açıqlaması yada düşür: “AXCP üzvləri marşruta verməyə 20 qəpik belə tapmırlar”.


Ötən həftə məhz Əli Kərimlinin fikirlərini bölüşmədiyinə görə, AXCP-dən çıxarılan Ağaşirin Tanrıverdioğlu “Yeni Müsavat”a müsahibəsində maraqlı məqamlara toxunub.


Bunları xalq yox, özləri maraqlandırır. Əksər partiya üzvləri 50 manat tapmır ki, evinə bazarlıq etsin, heç yerdən gəliri olmayan Fuad Qəhrəmanlı villada oturur. 20-30 minlik maşında gəzir. Məmməd İbrahim heç yerdə işləmir, 3 fərari oğlu ilə 500 manatlıq kirayədə qalır. Hardan alırsız bu pulları?!” - deyə o, müsahibəsində qeyd edib.


Sıravi cəbhəçilərin durumu fonunda liderin bir eynəyə 1000 manata qədər pul xərcləməsi diqqət çəkir...


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm