Nida.az
Bakıda Avropa İttifaqına qarşı etiraz AKSİYASI - FOTOLAR
Bu gün Azərbaycanın bir qrup gənclər təşkilatı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi qarşısında aksiya keçiriblər.
Teleqraf.com xəbər verir ki, "Landmark" otelinin qarşısında keçirilən aksiyada gənc fəallarla yanaşı, QHT-lərin nümayəndələri də iştirak edirlər.
Aksiya iştirakçıları "İkili standartlara son", "Qarayaxma kampaniyası dayandırılsın", "Rədd olsun, Martin Şults, yaşasın Azərbaycan!", "Avropa Parlamenti dağıtmağa yox, qurmağa xidmət et!", "Avropanın dostuyuq, bizi düşmən saymayın!", "Azərbaycanı sərbəst buraxın!", "Bəlkə təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq edəsiniz?" "Rədd olsun neoimperialistlər" və digər şüarlar səsləndiriblər. Polis aksiyanı dağıtmağa cəhd göstərib.
Sonda aksiyanın qətnaməsi oxunub. Qətnamədə Böyük Britaniya və digər Avropa ölkələrinin Azərbaycanla bağlı tutduqları məkrli siyasətdən əl çəkmələri tələb olunur.
Aksiyada iştirak edən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Avropa İttifaqını ikili standart yürütməkdə ittiham edib: "Ukraynanın ərazisini işğal edən Rusiyaya sanksiya tətbiq edirsiz, Azərbaycanın torpaqlarını zəbt edən Ermənistana isə dəstək verirsiz".
Aksiyada çıxış edən QHT nümayəndələri Elməddin Behbud və Asif Əsgərli Qərbi ikiüzlülükdə ittiham ediblər və bildiriblər ki, bir milyondan artıq qaçqın, məcburi köçkünün taleyi ilə maraqlanmayan, işğalçı Ermənistana heç bir təzyiq göstərməyən Avropa İttifaqı Azərbaycana qarşı ikili standartlara son qoymalıdır.
-
MDB15:27Kremldən Paşinyanın çıxışına reaksiya: Suverenliyini göstərmək istəyir!
-
Nida Xəbər 13:21Bəşəriyyət bu dəfə dəqiq üçüncü dünya müharibəsinə yaxındır - "The Guardian"
-
Ekologiya13:03Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
Magazin212:54Məşhur aktyor 4-cü dəfə ata oldu - FOTO
-
MDB10:50Qazaxıstanda abidələrə qarşı vandalizm - Cəzalar sərtləşdirilib
-
İdman09:10Maaşsız oynamağa hazır olsa da, ərəblər buraxmır
-
Avropa08:48Uitkoff və Kuşneri daşıyan təyyarə bu ölkəyə eniş etdi
-
Gözəllik08:24Bu ilin "Dünya gözəli" o oldu































.png)




