Nida Təhlil
Azərbaycan-Fələstin münasibətləri: Bakı dəstəyini davam etdirir
Azərbaycan-Fələstin münasibətləri inkişaf edən xətt üzrə
davam edir. Rəsmi Bakı Fələstin məsələsinə daim dəstək verir, bu
ölkəyə həm siyasi, həm də maddi dəstəyini əsirgəmir.
Publika.az xəbər verir ki, noyabrın 4-də Azərbaycan
Prezidenti Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini
qəbul edib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Fələstin məsələsinə
münasibətdə daim həmrəylik nümayiş etdirir, dəstəyini əsirgəmir,
noyabrın 5-də Bakıda keçiriləcək Fələstin Dövlətinin Asiya
ölkələrindəki səfirlərini toplantısına Azərbaycanın ev sahibliyi
etməsinin bunun bariz nümunəsidir.
Azərbaycan lideri 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş
İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə
Zirvə toplantısında çıxışı zamanı da Fələstinə açıq dəstək
vermişdi. Prezident İlham Əliyevin bu tədbirdə iştirakı,
Azərbaycanın Fələstinə göstərdiyi dəstəyi və islam həmrəyliyinə
sadiqliyi Fələstin Dövlətinin rəhbərliyi tərəfindən yüksək
qiymətləndirilir.
2011-ci ilin 28-29 iyun tarixlərində Fələstin Prezidenti Mahmud
Abbas Azərbaycan Respublikasına rəsmi səfər edib. Bu Fələstin
Prezidentinin Azərbaycana ilk səfəri idi.
1992-ci ilin 15 aprel tarixində Azərbaycan Respublikası ilə
Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin
yaradılması haqqında Protokol imzalanıb. Azərbaycanda Fələstin
Dövlətinin səfirliyi fəaliyyət göstərir.
2013-cü ilin 21 aprel tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqə səfəri çərçivəsində
Fələstinə səfər edib.
Bu gün - 5 noyabrda Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki
səfirlərinin toplantısı keçirilib. Tədbirdə iştirak üçün Fələstin
Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki, Fələstin xarici
işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini
Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri - nazir Mouin Elias
Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27
səfiri, Fələstin Xarici İşlər Nazirliyinin diplomatları ölkəmizə
səfər edib.
Fələstin məsələsi uzun müddətdir beynəlxalq gündəlikdə duran ən
aktual problemlərdən biridir. Bu tədbirin Azərbaycanda keçirilməsi
ölkəmizin beynəlxalq gündəlikdə duran məsələlərin həllinə töhfə
vermək əzminin, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə
olan etimad və hörmətin nümunəsidir.
Azərbaycan Şərqi Əl-Qüds paytaxt olmaqla, Fələstin məsələsinin iki
dövlət prinsipi əsasında BMT-nin müvafiq qərarları və qətnamələri
əsasında həllini dəstəkləyir. Əvvəlki illərdə də Azərbaycan
Fələstin ilə əlaqədar bir sıra mühüm tədbirlərə ev sahibliyi edib.
2013-cü ildə Azərbaycanın ev sahibliyi ilə İslam Əməkdaşlıq
Təşkilatı çərçivəsində “Müqəddəs Əl-Qüds şəhərinin inkişafı üçün
Strateji Sektor Planının maliyyələşdirilməsi”nə dair İƏT Xarici
İşlər Nazirlərinin Donor Konfransı və Fələstin Dövlətinə yardım
üçün “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsi” adlı tədbirlər Bakıda
keçirilib.
2017-ci ildə Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz
Hüquqlarının tətbiqi üzrə Komissiyasının, Humanitar məsələlərin
Əlaqələndirilməsi üzrə Ofisinin, İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı
ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib.
Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə praktiki
əsaslarla töhfə verir və İslam Əməkdaşlıq Təşkilatının fəal üzv
dövlətlərindən biridir. 2017-ci ildə Prezident İlham Əliyevin
sərəncamı ilə ölkəmizdə İslam həmrəyliyi ili elan edilib. Həmin
ildə ölkəmizin İslam Oyunlarına ev sahibliyi edib.
Azərbaycan Fələstin xalqının çətin günlərində hər zaman yanında
olub və islam həmrəyliyinə sadiq qalıb. Ölkəmiz ciddi maliyyə
çətinlikləri ilə üzləşən BMT-nin Fələstinli Qaçqınlara Yardım və
İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə cari ilin oktyabr
ayında 200 min ABŞ dolları məbləğində yardım edib.
29 sentyabr 2014-cü il tarixində Fələstinin Qəzza sektorundakı
humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan
hökuməti tərəfindən ayrılmış 635 min ABŞ dolları məbləğində yardım
XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə BMT-nin
Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin
(UNRWA) hesabına köçürülübdür.
2018-ci ilin aprelində Azərbaycanda Qoşulmama Hərəkatının aralıq
nazirlər toplantısı keçirilib. Nazirlər toplantısı çərçivəsində
Fələstin üzrə Qoşulmama Hərəkatının Nazirlər komitəsinin iclası
keçirilib. Qoşulmama Hərəkatının gündəliyində Fələstin məsələsi
xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz 2019-2022-ci illərdə Qoşulmama
Hərəkatına sədrlik edəcəkdir.
-
Hadisə19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü
-
Nida Xəbər 19:20
Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE
-
Magazin218:50
Kianu Rivz peşəkar yarış sürücüsü oldu - FOTO
-
Nida Xəbər 18:30
Prezidentdən Namiq İslamzadə ilə bağlı SƏRƏNCAM
-
Sosial17:17
Sabahdan leysan yağacaq, çaylardan sel keçəcək
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu