Nida Təhlil
Azərbaycan və Türkiyə üç cəbhədə Ermənistanı... – “Erməni cəsurlar"ın Kremli qəzəbləndirən PLANI
Ermənistan seçkiqabağı vəziyyətdə olur. İlk dəfə "məxmər
inqilaba" ölkəsində qalib gəlmişdən sonra burada parlament
seçkiləri keçəcək, hansılara ki, yeni və keçmiş hakimiyyət xüsusi
qiyməti (mənanı) verirlər.
Ermənistanda dekabrın 9-da keçiriləcək növbədənkənar parlament
seçkilərində doqquz partiya və iki seçki bloku iştirak etmək
niyyətindədir. Bu siyasi qüvvələr arasında “Sasna srer”
partiyasının da yer alması diqqət çəkir.
Publika.az xəbər verir ki, “Sasna srer” siyasi
partiya olmamışdan əvvəl silahlı qruplaşma idi. 2016-cı ildə onlar
İrəvanda polis alayının binasını tutaraq həmin vaxt prezident olan
Serj Sarkisyana qarşı qiyam qaldırdılar. Onların iddiası belə idi
ki, Sarkisyan əraziləri qaytarmağa hazırlaşır və qiyam da məhz
bunun qarşısını almaq məqsədilə həyata keçirilib. Həqiqətən də
“aprel müharibəsi”ndən məğlub çıxmış Ermənistan ərazilərin bir
qisminin qaytarılması üzərində düşünürdü. Çünki işğalçı ölkəyə
başqa çıxış yolu qoyulmamışdı. Məhz bu qiyam hadisələrin inkişafını
dəyişdirdi, yaxud da təzyiq altında olan Sarkisyan hakimiyyəti
qiyamdan istifadə edərək, danışıqlar masasından qaçdı. Qiyam
yatırılandan sonra Sarkisyan qruplaşma üzvlərini həbs etdi.
Onlar Paşinyanın küçədən siyasi Olimpə gəlişinə qədər barmaqlıqlar
arxasında qaldılar. Nəhayət, Paşinyan qiyamçıları azad etdi,
ardınca “Sasna srer” partiyası yaradıldı.
Partiyanın lideri Jirayr Sefilyan erməni telekanallarının birində
seçki proqramının əsas tezislərini açıqladı. Proqramda diqqətçəkən
əsas məqam isə Rusiya ilə bağlı fikirlərdir.
Partiyanın proqramı Ermənistanın Rusiya ilə birlikdə üzv olduğu
Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatı və Avrasiya İqtisadi İttifaqı kimi təşkilatlardan
çıxışını nəzərdə tutur. Həmçinin “Sasna tsrer” Partiyası Rusiya
bazasının Ermənistan ərazisindən çıxarılmasına hazırlaşır. Sefilyan
bildirir ki, Rusiyanı Qafqaz regionundan sıxışdırmaq lazımdır,
Ermənistanın yeni strateji partnyorları ABŞ və İran olmalıdır.
Partiyanın proqramına həmçinin, Dağlıq Qarabağ və Ermənistanın
birləşdirilməsi, Rusiya sərhədçilərinin ermənilərlə əvəzlənməsi,
Rusiyaya verilmiş (əslində isə satılmış) strateji obyektlərin
milliləşdirilməsi, Rusiya telekanallarının yayımının
dayandırılması, Qərb ölkələri, habelə İran, Gürcüstan, Çin və
Hindistanla “Rusiyayönlü münasibətlər” formatından çıxması da
əksini tapıb.
“Sasna srer” Nikol Paşinyanın hakimiyyətini dəstəkləyəcəklərini
bəyan edirlər.
Rusiyada erməniyönümlü fəaliyyəti ilə seçilən “Eadaily” saytı yazır
ki, “Erməni “cəsurlar” Rusiyanı ölkədən qovmaq və üç cəbhədə
müharibə aparmağa hazırlaşırlar”.
Sayt qeyd edir ki, “Sasna srer” ABŞ və İranla eyni vaxta necə
əməkdaşlıq edəcəklərini açıqlamırlar: “Görünür bunu anlamırlar.
Onlar həm də anlamır ki, Rusiyanın Ermənistandan çıxması bu ölkənin
Azərbaycan və Türkiyə qarşısında tək qalacaq. Bununla yanaşı,
Sefilyan Gürcüstanla Ermənistan sərhədinin ləğvini və birləşməyi
təklif edir. Onlar Cavaxetiya problemini gürcü dövləti ilə birlik
yolu ilə həllini təklif edirlər. Milli radikalların xarici siyasət
kursu də olduqca sadəlövhdür: bütün dünya Ermənistanın Rusiyanı öz
sərhədlərindən necə qovduğunu görəcək və ona hörmət edəcək. Lakin
onlar izah etmirlər ki, Rusiya Ermənistandan çıxsa, Türkiyə və
Azərbaycanla Qarabağ, Naxçıvan və qərb bölgəsi olmaqla üç cəbhədə
necə müharibə aparacaqlar?! Sefilyan Qarabağda “sürünən
müharibəni”n dayandırılması üçün təcili ölçülər götürmək haqqında
danışır, lakin izah edə bilmir ki, Ermənistan üç cəbhədə müharibədə
nə edəcək? Əslində məqsəd aydındır: nəyin bahasına olursa olsun,
Qərb Ermənistandakı rusofobiya üçün onlara hörmət etsin”.
Asif
-
Sosial15:36
Azərbaycanda bu internet provayderləri ləğv edilir
-
MDB14:18
Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
-
Sosial13:27
Yaşıllıqları məhv edənləri 8 ilədək həbs gözləyir - Təsdiqləndi
-
Sosial12:38
Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
-
Magazin112:04
Məşhur aparıcının ölüm xəbəri yayıldı - VİDEO
-
Dünya11:20
Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
-
Səhiyyə10:58
Hər 6 saniyədə 1 nəfər bu xəstəlikdən ölür: Azərbaycanda 300 min nəfərdə var
-
Kriminal10:40
Bacısına və anasına sevgi mesajı yazan oğlanı görüşə çağıraraq... - Məktəbdə qanlı cinayət