Nida Təhlil
Ağasəlim Mircavadov: "Prezidentimizin sayəsində"... - AÇIQLAMA
Təcrübəli idman mütəxəssisi Ağasəlim Mircavadov idmanın inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü"nə layiq görülüb.
Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının idman mütəxəssislərinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında sərəncamdan sonra prezidentin özü tərəfindən şəxsən təltif olunan A.Mircavadov təəssüratlarını ilk dəfə Publika.az-la bölüşüb.
“Prezidentimiz bizi çox gözəl qarşıladı. Bütün idman adamları orada idi. Prezident ilin yekunlarına dair çıxış etdikdən sonra gələn ilin planları barədə də söhbət açdı. Hamımıza mükafatlar verdi. Özü şəxsən təltif etdi. Mənim gözəl təəssüratlarım 2006-cı ildən başlayıb. O zaman cənab Prezident mənə “Şöhrət ordeni” vermişdi. İndi də həmin gözəl hissləri təkrar yaşadım. Təəssüratım böyükdür. İlham Əliyev idmançıları, məşqçiləri sevəndir. Onlardan qayğısını əsirgəmir.
Əsas odur ki, ölkəmizdə əmin-amanlıqdır. Əmin-amanlıq olan ölkədə də istənilən qədər uğur ola bilər. Bu da İlham Əliyevin sayəsində olub. Gələn il Avropa Liqasının final mərhələsi Azərbaycanda keçiriləcək. Bu, təsadüfi deyil. Bu haqqı UEFA elə-belə vermir. 2020-ci ildə Avropa Çempionatının 4 oyunu ölkəmizdə keçiriləcək. Azərbaycan hər zaman olduğu kimi gələcəkdə də hər bir idman tədbirini yüksək səviyyədə təşkil edəcək”, - deyə idman mütəxəssisi bildirib.
Zümrüd
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi















.png)













.jpg)
.jpg)





