Nida Təhlil
Paşinyan Putindən xahiş edəcək ki, Əliyevə desin, Qarabağda... - Moskva səfərinin SİRRİ
Ermənistanda yeni formalaşan hökumətin başçısı Nikol
Paşinyan 27 dekabrda Moskvaya səfər edəcək. Bu səfər fonunda bir
sıra məqam diqqət çəkir: Rusiya prezidenti Vladimir Putin parlament
seçkilərindən sonra qələbə münasibətilə Nikol Paşinyanı təbrik
eməyib; KTMT-də Belarusun namizədi Stanislav Zas Ermənistan istisna
olmaqla digər bütün üzv dövlətlər tərəfindən dəstəklənir;
Publika.az xəbər verir ki, ekspertlər Paşinyanın Moskva
səfərindən ciddi müzakirələrin aparılacağını hesab edirlər.
Rusiyalı ekspert Vitali Arkov bildirib ki, Putin və Paşinyan
Moskvada KTMT-nin taleyindən başqa Dağlıq Qarabağ münaqişəsini də
müzakirə edə bilər.
Onun sözlərinə görə, Rusiya Ermənistana verdiyi qazın qiymətini
artıracaq: “Rusiyada yanvar ayından etibarən daxili istehlakçılar
üçün qazın qiyməti artır, bu baxımdan, Moskvanın xarici
istehlakçılar üçün əvvəlki qiyməti saxlaması təəccüblü olardı.
Ermənistanla dostluğun əvəzini sadə rusiyalılar ödəməməlidir. Biz
Ermənistana dotasiya verməməliyik, xüsusilə özünü belə aparan
Paşinyan hökumətinə. Paşinyan əvvəlki kimi Moskvanın ünvanına
hücumlar edir və Rusiyanı şantaj etməyə çalışır. Ehtimal ki,
Paşinyan Moskvada Putinə komplimentlər deyərək, onu dost olduğuna
inandırmağa, beləliklə qazın qiymətində əlverişli razılıq əldə
etməyə çalışacaq. Çünki qiymətin kəskin artımı Paşinyan
komandasının daxili siyasətdə növbəti uğursuzluğu olacaq. Ermənilər
Sarkisyan vaxtı ilə indiki dövrü müqayisə edəcəklər. Təbii ki,
Paşinyan eyni anda iki cəbhəyə oynamağa cəhd edəcək: Rusiyanı
əzizləyərək, ondan güzəştəli kreditlər almağa çalışacaq, eyni
zamanda Qərb ölkələri ilə, xüsusilə ABŞ-la aktiv danışıqlar
aparacaq”.
Arkov hesab edir ki, Paşinyanın səfəri həm də KTMT-də İrəvanın
əleyhinə formalaşan vəziyyətlə bağlıdır.
“Əgər o, Rusiyadan növbəti dəstəyi almaq istəyirsə, onda KTMT-də
digər həmkarlarının fikri ilə razılaşmalıdır. Çünki təşkilat
daxilində yaranmış vəziyyətin günahkarı nə Moskvaya, nə də digər
üzv dövlətlərə xəbərdarlıq etmədən baş katib Yuri Xaçaturova
cinayət işi açan Ermənistandır. İndi KTMT üzvləri Belarus
namizədini dəstəkləməklə düzgün qərar verdilər. Hesab edirəm ki,
sonda Paşinyan Moskva və Minsklə münasibətləri saxlamaq üçün geri
çəkiləcək”, - deyə o bildirib.
Rusiyalı ekspert Ermənistanda Rusiya hərbi bazasının bağlanmasını
tələb edən aksiyaların keçirilməsinə də münasibət bildirib.
Onun fikrincə, Paşinyanın komandasında sağlamdüşüncəli insanlar
var: “Onlar anlayır ki, Rusiya bazasının bağlanması xarici
təhlükələri artıracaq. Bununla yanaşı, Rusiyanı bazanı bağlamağa
məcbur edəcəklərsə, Moskva Qarabağ məsələsində Azərbaycanı
dəstəkləyəcək. Bu baxımdan, Paşinyan bazanın saxlanılmasına əvəz
olaraq Moskvadan yeni dividendlər əldə etməyə çalışacaq. Bu metod
Ermənistan üçün yeni deyil. Sarkisyanın dövründə də anti-Rusiya
mitinqləri keçirərək, Moskvanı şantaj edirdilər. İndi Paşinyan da
“köhnə silahla” Rusiyanı vurmağa çalışır”.
Arkov əlavə edib ki, Moskvada Paşinyan Putinlə Qarabağla bağlı da
müzakirə aparacaq.
“Paşinyana zəmanət lazımdır. O, Putindən xahiş edəcək ki, İlham
Əliyevi Qarabağda hərbi hərəkətlərə başlamamağa inandırsın”, - deyə
rusiyalı ekspert vurğulayıb.
Asif
-
Dünya12:06
Trampın yüksək vəzifə verdiyi türk görün kimdir - Maraqlı detallar
-
Sosial10:56
Saxta həkimləri ifşa edən Qənirə Ataşova ölümlə hədələnir - FOTO
-
Region10:14
Paşinyan bəyan etdi: Ermənistanın daxili işlər naziri bu xanım olacaq - FOTO
-
Hadisə09:51
Azərbaycanlı milyonçunun oğlunun törətdiyi qəza Rusiyanı silkələdi - VİDEO
-
Sosial09:39
İcra başçısının oğlu yarım milyonluq maşınına yeni nömrə aldı - FOTOLAR
-
Region09:27
Narkotik testi müsbət çıxdı: Paşinyanın partiyasında qalmaqal
-
İdman09:00
Tayson və Polun döyüşü dünya rekordunu qırdı
-
Dünya08:00
Tramp Maskın raket buraxılışında iştirak etdi - FOTO/VİDEO