Nida Təhlil
Gələn il Qarabağda toqquşmalar başlayır və Bakı... - Rus politoloq HƏR ŞEYİ AÇDI
Rusiyalı politoloq, Milli Strategiya İnstitutunun
rəhbəri Mixail Remizov 2019-cu ildə Rusiya üçün əsas riskləri
açıqlayıb.
Publika.az xəbər verir ki, Remizov gələn il Rusiyanın
sərhədləri yaxınlığında Qərblə qarşıdurma aparacağını
proqnozlaşdırır.
Onun fikrincə, Rusiya üçün başlıca risk Qərblə aparılan iqtisadi
müharibə olacaq.
“Bu riski əsas təhlükə hesab etmək olar. Bununla yanaşı, Rusiyanın
sərhədləri yaxınlığında münaqişələrin alovlanması riski mövcuddur.
Ukraynada toqquşmanın yenidən alovlanması riski də gündəmdədir”, -
deyə o bildirib.
M.Remizov qeyd edib ki, 2019-cu ildə Dağlıq Qarabağda hərbi
eskalasiyanın güclənməsi ehtimalı böyükdür: “Müharibə ehtimalı
aradan qalxmayıb və toqquşmaların başlanması üçün səbəblər var.
Misal üçün, Ermənistan-Rusiya münasibətləri çətin dövr yaşayır və
Azərbaycan bu vəziyyətdən istifadə edə bilər. Rusiya üçün Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) münasibətlərin
kəskinləşməsi riski də var. Çünki Moskva Ermənistana dəstək versə,
bu təşkilatın digər üzvləri ilə münasibətlərin pisləşməsinə səbəb
olacaq, yaxud əksini etmək də eyni nəticəni hasil edəcək”.
Rusiyalı politoloq Yaxın Şərq, Mərkəzi Asiya kimi bölgələrdə də
Rusiya üçün riskli proseslərin ola biləcəyini hesab edir.
Asif
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"




































.jpg)