Nida Təhlil
ABŞ Qarabağda müharibəni hazırlayır - Rusiyadan SENSASİON XƏBƏRDARLIQ
ABŞ prezidenti Donald Tramp baş nazir təyin edilməsi
münasibətilə Nikol Paşinyana ünvanladığı təbrik məktubunda
Ermənistandakı siyasi dəyişikliyi salamladığını, həmçinin, tezliklə
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunacağına
ümid etdiyini bildirdi.
Publika.az xəbər verir ki, Rusiya KİV-i Trampın məktubunda
deyilən sözlərin əslində Rusiyanı Cənubi Qafqazdan çıxarmaq
məqsədinin olduğunu iddia edirlər.
ABŞ Ermənistanı Rusiyadan uzaqlaşdırmaq və Qarabağda müharibəni
başlatmaq istəyir. Rusiya bir neçə media orqanı bu tezislə çıxış
edir. Rusiya KİV-i ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi”
hesab olunan kəşfiyyat-analitik mərkəzinin proqnozunu
xatırladır.
2018-ci ilin dekabrında “Stratfor” proqnozlaşdırırdı ki, ABŞ
2019-cu ildə Rusiya sərhədlərində sabitliyi pozacaq.
Zərbə üç istiqamətdən endirilə bilər:
Ukrayna: burada Kiyevə hərbi dəstək artırıla və
Qara adənizdə hərbi bazalar yaradıla bilər.
Mərkəzi Asiya: Əfqanıstandan postsovet ölkələrinə
terrorçular göndərilə bilər.
Və nəhayət, Cənubi Qafqaz.
“Stratfor” ABŞ-ın Ermənistanı Rusiyanın əlindən almaq planları
haqqında yazır.
Rusiyalı analitiklər hesab edirlər ki, ABŞ Qarabağda müharibəni
yeniləməklə bağlı planlarını hələ ki gizli saxlayır.
Yaxın Şərq və Cənubi Qafqaz üzrə mütəxəssis Denis Korodinov hesab
edir ki, Qarabağda müharibə təkcə Rusiyanın cənub sərhədlərində
xaos yaratmayacaq, həmçinin, regionda ikitərəfli münasibətləri də
korlayacaq.
Asif
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
Avropa14:57Almaniya DİN-dən iğtişaşlara görə sərt cəza vədi
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı




















.jpg)













.jpg)