Nida Təhlil
Ermənistan QORXU İÇİNDƏ - Tonoyan Zakir Həsənovu İrəvanda qarşılayacaq - VİDEO
Video əlavə olunub.
***
15:30
Vyana görüşündən sonra Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni müharibə yeni ərazilərdir” bəyanatı Dağlıq Qarabağ münaqişəsi ətrafında hərbi ritorikanı qızışdırdı. Xüsusilə Azərbaycan tərəfinin verdiyi bəyanatlar Ermənistanda narahatlıqlar yaratdı.
Publika.az xəbər verir ki, Vyana görüşündən sonra Prezident İlham Əliyev “müharibə hələ bilməyib” bəyanatı verdi. Ardınca müdafiə naziri Zakir Həsənov bildirdi ki, “əgər ermənilər hücuma keçəcəksə, Tonoyanla İrəvanda görüşəcəm”. Məhz bu fikirlər ermənilərin ciddi qorxularına səbəb olub.
Ermənistan mediası artıq bir neçə gündür “Həsənov Tonoyanla İrəvanda görüşəcək” fikirlərini şərh edir, “Tonoyan Həsənovu İrəvanda qarşılamağa hazırdırmı” sualı üzərində müzakirələr aparırlar. Müzakirələr xüsusilə erməni hərbi birləşmələrinin döyüş qabiliyyətinin zəifliyi fonunda qurulur.
Erməni şərhçi Aram Sarkisyan yazır ki, Ermənistan ordusundakı problemlər təcili şəkildə həll olunmalıdır.
“Bu gün orduda problemlər hələ də qalır. Mövcud vəziyyət ordunun müharibə aparması üçün adekvat deyil. Buna görə də Tonoyan indidən Həsənovu İrəvanda necə qarşılayacağı haqqında düşünməlidir”, - deyə o bildirib.
Asif,
Video: Sevinc Xanqızı
-
Sosial16:05Əmircanda bir qrup sakin niyə evlərindən çıxarıldı? - Foto
-
ABŞ14:35Tramp Obamanın İran siyasətini belə ələ saldı - Foto
-
Sosial14:10Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...
-
Yaxın Şərq14:00Türkiyə aviaşirkəti yüzə yaxın dənizçinin cəsədini İrana gətirdi
-
Nida Xəbər 13:00Ziyafət Əsgərov: "Top” Ermənistan tərəfindədir" - Müsahibə
-
Nida Xəbər 12:55Xeyli sayda hindistanlı İrandan Azərbaycana təxliyə olundu
-
Qarabağ 12:40Xanobaya ilk köç yola salındı
-
İdman12:20Trampdan məşhur rusiyalı idmançı ilə bağlı maraqlı təklif - Video






































