Nida Təhlil
Politoloqdan vacib təklif: "Buna ehtiyac var..."
“Mərhum dövlət başçısı Heydər Əliyev getdiyi ölkələrdə, o cümlədən, Amerikada azərbaycanlı icmasının nümayəndələri ilə görüşər və fikir mübadiləsi aparardı”.
Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri çərçivəsində orada yaşayan ermənilərlə görüşlərinə dair danışarkən qeyd edib.

Politoloq bildirib ki, Paşinyan heç bir səfərində ermənilərlə görüş fürsətini əldən vermir: “Ermənistanın baş naziri Nikol Paşinyanın bu gündən Amerika Birləşmiş Ştatlarına səfəri başladı. Paşinyanın Amerikada səfər proqramını nəzərdən keçirdim. O, Amerikada harda olacaqsa, bu ölkədəki ermənilərlə görüşəcək. Paşinyan səfərinə Los-Ancelesdən başlayacaq, o, burada Qrand-Park deyilən yerdə yerli ermənilərin mitinqində çıxış edəcək. Paşinyan ayrıca Los-Ancelesdə erməni mediasının nümayəndələri ilə də görüşəcək. Daha sonra Los-Ancelesdən San-Xoseyə keçərək Silikon vadisindəki yüksək texnologiyalar mərkəzləri ilə tanış olacaq, eyni zamanda, oradakı erməni proqramçılarla görüşəcək. Paşiyan Nyu-Yorka gedərək BMT Baş Assambleyasında çıxış edəcək. O, hətta Nyu-Yorkda da erməni diasporunun təmsilçiləri ilə görüş fürsətini əldən verməyəcək.
Bütün bunları nəyə görə yazdım? Mərhum dövlət başçısı Heydər Əliyev getdiyi ölkələrdə, o cümlədən, Amerikada azərbaycanlı icmasının nümayəndələri ilə görüşər və fikir mübadiləsi aparardı. Çünki xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan dövlətinin aparacı fiqruları ilə birbaşa ünsiyyəti vacibdir. Aydındır ki, Amerikada ermənilərin sayı azərbaycanlıların sayından dəfələrlə çoxdur. Ancaq azsaylı da olsa, azərbaycanlı diaspora nümayəndələri ilə mütəmadi görüşlərə ehtiyac var”.
Siyasi şərhçi bildirib ki, bu, yalnız Diaspora Komitəsinin rəhbərinin işi olmamalıdır: “Digər rəsmilərimiz də getdikləri hər yerdə azərbaycanlılarla görüşməli və fikir mübadiləsi aparmalıdırlar. Məsələn, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Nyu-Yorka gedir. O, BMT Baş Assambleyasında çıxış etməli və erməni həmkarıyla görüşməlidir. Görəsən cənab Məmmədyarovun Nyu-York proqramında bu şəhərdə yaşayan azərbaycanlılarla görüşü yer alıbmı? Belə bir görüş proqramda yoxdursa, onda Amerikadakı erməni lobbisinin Azərbaycan əleyhinə fəallığından şikayətlənməli deyilik, biz passiv olacağıqsa onlar bu boşluğu Amerikada, Fransada və digər ölkələrdə asanlıqla dolduracaqlar”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





