Nida Təhlil
Baş redaktor: "Xalq sabitliyin və tərəqqinin yanındadır"
"Müxalifət gözlənilən kimi növbəti dəfə də iflasa uğradı. Məqsəd ixtişaşlar törətmək, şəhərdə gərginlik yaratmaq idi. Məhz buna görə də onlara mitinq üçün şəhərdə ayrılmış yerlərdən imtina etdilər və öz məqsəslərini həyata keçirmək üçün şəhər sakinlərinin gur olan yerləri seçdilər.
Publika.az xəbər verir ki, bunu müxalifətin mitinqinə münasibət bildirərkən "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
B. Quliyev əlavə edib ki, hələ də 90-cı illərin eyforiyasından ayrıla bilməyən dağıdıcı müxalifət indiki dövrdə də eyni çağırışlar, şüarlar səsləndirirlər: "Heç nəyin dəyişməməsi əslində, onların bu illər ərzində öz yerlərində addımladıqlarının aşkar göstəricisidir. Baxın, onlar yenidən təxribat, kütləvi ixtişaşlar yaratmağa cəhd etdilər, insanların rahatlığın pozdular. Eyni şüarlar səsləndirdilər. Amma müqabilində polis heç bir vasitədən istifadə etmədən təxribatın qarşısını aldı, sabitliyi bərpa etdi. Bu bir tərəfdən Azərbaycan polisinin humanistliyi, bacarığıdırsa, diğər tərəfdən də bu, radikal müxalifətin xalqına və dövlətinə qarşı nifrətinin, düşmənçiliyinin göstəricisidir. Hamıya məlumdur ki, Bakı bu gün Qafqazın paytaxtı kimi, turistlərin ən bol olduğu bir məkana çevrilib. Əgər bu gün şəhər sakinləri və turistlər bu stresi yaşadılarsa və onların istirahət hüquqları pozuldusa deməli günahkarlar cavab verməlidi. Eyni zamanda, məlum oldu ki, bu ixtişaşlar planlı şəkildə həyata keçrilir və müxalifət xaricdən gələn qrantları silmək üçün bu hadisələri törədir. Məlumdur ki, müxalifət Azərbaycanı gözdən salmaq üçün şeytanla da əməkdaşlıq etməyə hazırdı." Ekspert onu da dedi ki, bu gün çoxlarının yadındadır ki, yenidən hakimiyyət iddiasında olan bu müxalifət rəhbərləri televiziyalarda gedən canlı yayımlara hücum edərək, efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar, addımbaşı insan hüquq və azadllqlarını boğublar: "Budurmu onların demokratiya uğrunda mübarizə üsulları? Yoxsa ki, onlar yenidənmi həmin hadisələri xalqa yaşatmağı arzulayırlar? Əlbəttə ki, xalq belə müxalifəti heç vaxt dəstəkləməyib və dəstəkləməyəcək də. Çünki xalq Azərbaycanı "narıncı inqilabların" qurbanı olan ölkələrdən birinə çevrilməsini istəmir. Xalq sabitliyin, inkişaf və tərəqqinin – mövcud iqtidarın, bu iqtidarın yürütdüyü qətiyyətli, məqsədyönlü siyasətin yanındadır".
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)


























.jpg)
.jpg)

