Nida Təhlil
19 oktyabr iğtişaşından boylanan kənar müəlliflər...
“Ərbəin günü İraqda “Ya Hüseyn”, Bakıda “azadlıq” şüarları yüksəldi”.
Bunu İranda anti-Azərbaycan mövqeyi ilə seçilən dini-klerikal dairələrə bağlı olan “Hüseyniyyun” qruplaşmasının ruporu “nur-az.com” səhifəsi yazır və qeyd olunur ki, “Bu il Ərbəin günü oktyabrın 19-a təsadüf etmişdi. Bəlkə də təsadüf etməmişdi, bilərəkdən bu iki tarix bir gündə qovuşmuşdu ki, bir millətin azadlığa gedən yolunda bir hərakat, başlanğıc olsun”.
Bu detal Milli Şuranın Azərbaycanda “şəriət rejimi” qurmaq istəyən qruplarla əlaqəsi fonunda 19 oktyabrda keçirdikləri qanunsuz aksiyanın kənar ssenarilərə bağlantısına diqqət çəkir. Və qanunsuz olduğunu bildikləri halda Bakının mərkəzində niyə qarşıdurma yaratmağa çalışdıqları sualını aktuallaşdırır.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq üçün müraciətinə müsbət cavab vermiş və insanların intensiv istifadə etmədiyi, strateji obyektlərdən kənarda – Lökbatanda xüsusi yer ayırmışdı. Lakin Əli Kərimli israrla 28 May metrostansiyasının qaşısında aksiya keçirəcəklərini bildirdi və oktyabrın 19-da Bakı küçələrini yenidən xaos meydanına çevirməyə çalışdılar.
Qanunsuz aksiya baş tutmadı, xalq qarşıdurmaya dəstək vermədi və müxalifət üçün nəticə sıfır oldu.
Hərçənd, sual yaranır: rəsmi qurumlar qanunsuz aksiyaya icazə verilməyəcəyini bəyan etdiyi halda Milli Şura niyə buna getdi?
Burada daxili, şəxsi və xarici olmaqla üç istiqamət aydın görünür:
Daxili: Azərbaycanda mövcud hakimiyyətin xalq tərəfindən dəstəklənməsi və müxalifət tükənməsi.
Lökbatan qəsəbəsində mitinq üçün ayrılan yerə getmək sıfır elektorat faktının növbəti sübutu olacaqdı. Bunun əksinə, 28 May metrostansiyasının qarşısında aksiya keçirmək ərazidən keçən digər vətəndaşları da iştirakçı kimi göstərməyə imkan verəcək və qələbəlik görüntüsü yaradılacaqdı.
Şəxsi: Bu faktor Əli Kərimlinin timsalında özünü biruzə verir. Onilliklərdir “hakimiyyətə gəlirik” iddiasının baş tutmamasının onun aqressivləşməsinə səbəb olduğu istisna deyil. Aksiyadakı davranışları da bunu göstərdi. Bu baxımdan, qanunsuz aksiya ilə qarşıdurma yaratmaq onun şəxsi ambisiyalarına nail olmaq istəyinin son halqası idi.
Xarici: İğtişaş ssenarisinin xarici qaynaqlara söykəndiyi ehtimalı güclüdür, xüsusilə son dövrlər bölgədə baş verənlər və Azərbaycanın mövqelərinin güclənməsi fonunda bu aksiya anti-Azərbaycan dairələrinin daxildən hücumu kimi görünür.
Bu kontekstdə aksiyanın məhz 19 oktyabr tarixinə salınması, bölgənin dini-klerikal dairələrinə bağlı qruplar tərəfindən tirajlanması diqqət çəkir.
“Nur-az.com” səhifəsi yazır ki, “Ərbəin günü İraqda “Ya Hüseyn”, Bakıda “azadlıq” şüarları yüksəldi”. Bu, 19 oktyabr iğtişaşının müəlliflərinin Azərbaycanda “şəriət rejimi” qurmaq istəyənlərlə eyni hədəfə vurduğu ehtimalını gücləndirir.
Ərəbcə “qırxıncı gün” mənasını daşıyan Ərbəin günü şiəlikdə hicri təqvimi ilə Aşura günündən 40 gün sonra, yəni Səfər ayının 20-ci günüdür. Həmin gün Məhərrəm ayının 10-cu günü Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarı yad edilir. İmam Hüseynin məzarı ilk dəfə Ərbəin günündə, yəni şəhid olmasından 40 gün sonra yad edildiyi üçün şiələr indiyə qədər bu günü müqəddəs hesab edirlər. Burada məsələ Ərbəin mərasiminin müzakirəsi yox, bölgənin dini-klerikal dairələrinin Azərbaycanda qurmaq istədikləri “şəriət rejimi” xəyallarını adətən Ərbəin mərasimi ilə qidalandırmaq istəyi, inanclı kəsimi belə mərasimlər vasitəsilə ələ almaq niyyətidir. “Hüseyniyyun” qruplaşmasının mütəmadi olaraq bəhs etdiyi “müqavimət hərəkatı” də buradan qaynaqlanır.
Milli Şura, AXCP və Əli Kərimli 2005-ci ildən sonra dini kəsimin siyasiləşməsi və siyasiləşmiş dindarların ələ alınması prosesini həyata keçirir. 2015-ci ildə Nardaran hadisələri, 2018-ci ildə Gəncə terroruna dəstək verən əsas siyasi qanad da Əli Kərimlinin dəstəsi oldu.
Bu baxımdan, 19 oktyabr aksiyasının bəhs etdiyimiz Ərbəin mərasimi ilə eyni gündə keçirilməsi Bakı küçələrində iğtişaş planlarının xarici bağlantılarına dair versiyalardan birini gündəmə gətirir. Əli Kərimlinin aksiyadan sonra axşam saatlarında efirə çıxdığı Osmanqızının kanalında Nardaran hadisələrinin təşkilatçısı və Azərbaycanda “şəriət rejimi” qurmaq planının əsas icraçılarından biri kimi tanınan “Müsəlman hərəkatı birliyinin” rəhbəri Tale Bağırzadənin adını çəkməsi, onun “mübariz ruhuna” təriflər yağdırması da bu kontekstdə təsadüfə bənzəmir.
Asif Nərimanlı
-
Sosial22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı