Nida Təhlil
Bu, İlham Əliyevin idmana dəstəyinin bariz nümunəsidir - Ağasəlim Mircavadov
“Prezident xalqın sağlamlığını düşünən insandır”.
Bunu Publika.az-a açıqlamasında ölkə başçısının dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdəki nitqini təhlil edərkən AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Futbol mütəxəssisi bildirib ki, mərasimdə bir çox idmançının təltif olunması müsbət haldır: “Hər il ölkə başçısı ilin idman yekunları ilə bağlı fikirlərini söyləyir. Mövqelərimizdə nəyi daha da inkişaf etdirməliyik, nəyin fəaliyyətini dayandırmalıyıq, bu kimi mövzulara toxunub, təhlillər aparır. Dünənki mərasimdə Prezident bir çox idmançını təltif etdi. Kiməsə ev, kiməsə təqaüd verilməsi İlham Əliyevin idmana dəstəyinin bariz nümunəsidir. Mən çox şad oldum ki, bizim 2 veteran futbolçumuz Vladislav Qədirov və Səməd Qurbanov evlə təmin olundu. Onların mənzilləri pis vəziyyətdə idi”.
A.Mircavadov vurğulayıb ki, Azərbaycan idmanı dövlət başçısının daim diqqət mərkəzindədir: “Bilmirəm, fikir vermisiniz, ya yox, Azərbaycanda keçirilən hər bir mötəbər yarışda Prezident sanki istirahət edir. 2020-ci ildə 4 oyun Azərbaycanda keçiriləcək. 3 qrup və bir ¼ oyunu keçiriləcək. Bu, çox sevindirici haldır. Son illərdə yarışların böyük hissəsinin Azərbaycanda keçirilməsi diqqətçəkən məqamdır. Azərbaycan məsafə baxımından Avropadan uzaqda olsa da, dövlət başçısının fəaliyyəti sayəsində idmanımız dünyaya tanıdılır. Azərbaycanda əmin-amanlıq, sabitlik hökm sürür. Bu da turistlərdə maraq oyadır. Dünən bir verilişdə baxıram ki, İordaniyada qar görməyən bir ailə Qusara səyahət edib. Həmin ailədən müsahibə alıblar. Onlar deyir ki, hər il bura istirahətə gələcəyik. İordaniyadakı yaxınlarımıza da buranı tövsiyə edəcəyik.
Avropada nəhəng futbol ölkələri olduğu halda, 4 oyunun Azərbaycanda keçirilməsinə etimad göstərdilər. Bu da ölkədəki inkişafın göstəricisidir”.
Məhərrəm Əliyev
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi














.png)














.jpg)
.jpg)





