Nida Təhlil
Sığorta bazarındakı artım tempi davam edəcək - EKSPERT
“Sığortanın inkişafı ilə bağlı proqramın hazırlanması və dövlət strategiyasında hər zaman bu sektorun xüsusi rol oynamasını təmin edən ilk şəxs məhz ölkə başçısıdır”.
Bunu Publika.az-a açıqlamasında sığorta eksperti İlkin İbrahimov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev sığorta bazarını daim diqqətdə saxlayır və bu bazarın inkişafı üçün əlindən gələni edir: “Ölkə başçısı daim vətəndaşları maariflənməyə dəvət edir. Sığortalanmanın təşviqi ilə bağlı bir nömrəli təbliğatçı məhz Prezidentdir. İlham Əliyevin Davosda “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşərək əməkdaşlıq məsələlərini müzakirəsinin müsbət istiqamətdə nəticələr verəcəyini düşünürəm.

2019-cu ildən etibarən daşınmaz əmlakın icbari sığortasında aktivləşmə var. Ötən ilin fevral ayında Şamaxıda zəlzələ baş verdi. Apreldə isə “Diqlas” ticarət mərkəzi yandı. Dövlət büdcəsindən vəsait ayrıldı, bundan əlavə, baş verən hadisələrdən sonra ölkə başçısı öz mövqeyini sərgilədi. İlham Əliyev vurğuladı ki, vətəndaşlar bu hadisə ilə bağlı sığortalanmalıdır. Xüsusilə “Diqlas” yandıqdan sonra böyük bir müşavirə keçirildi. Cənab Prezident bu müşavirədə sığorta ilə bağlı inkişaf strategiyalarını açıqladı. Konkret olaraq həm vətəndaşlara, həm sığorta şirkətlərinə, həm də nəzarətedici orqana maarifləndirmə tədbirləri ilə bağlı vəzifələr müəyyən etdi. Elə bunu nəzərə alaraq Nazirlər Kabineti “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nı təsdiqlədi. Tədbirlər planının bir hissəsi isə daşınmaz əmlakın icbari sığortasına daha ciddi nəzarət mexanizminin işə düşməsi idi. Bundan sonra vətəndaşlar daha çox maariflənəcək və asan sığorta könüllüləri fəaliyyət göstərəcək. Bu inkişaf strategiyası 2019-cu ilin noyabr ayının 28-də Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilib Mərkəzi Banka birləşməsi ilə davam etdi. Buna səbəb Prezidentin tapşırıqlarına laqeyd yanaşılması idi. Sığorta bazarındakı artım tempinin bundan sonra da mütəmadi olaraq davam edəcəyinə inanıram”.
Məhərrəm Əliyev
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)





























.jpg)
.jpg)
