Nida Təhlil
Xalqın sözünü obyektiv qiymətləndirmək lazımdır - ŞƏRH
“Beynəlxalq müşahidəçilər parlament seçkilərinin demokratik şəraitdə keçirildiyini vurğuladılar. Qeyd etdilər ki, bütün namizədlər üçün bərabər şərait yaradılmışdı”.
Bunu Publika.az-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Seçki prosesinin uğurlu keçdiyini bildirən politoloq sözlərinə belə davam edib: “Beynəlxalq müşahidəçilərin rəyi müsbət oldu. Onlar seçkilərin demokratik şəraitdə keçirildiyini vurğuladılar. Seçki zamanı yaranan bəzi nöqsanlar isə Avropa ölkələrində də müşahidə edilir. Mərkəzi Seçki Komissiyası bu nüansları araşdırır. Azərbaycan xalqının iradəsi önəmlidir. Əgər xalq sözünü deyibsə, bunu obyektiv qiymətləndirmək lazımdır. Bir sıra gənc namizədlər də deputat seçilib. Bu, müsbət haldır. Onlar ölkədə keçirilən islahatlara öz töhfələrini verməlidir”.
F.Sadıqov yeni parlamentdən gözləntilərdən də danışıb: “Seçkidə 1300-dən artıq namizəd iştirak edirdi. Bu özlüyündə rəqabət göstəricisidir. Yeni parlamentdən yeni təşəbbüslər gözləyirəm, deputatlar qanunvericilik sahəsində daha aktiv olmalıdırlar. Yeni qanun layihələri təqdim etməlidirlər. Çünki ölkə inkişaf səviyyəsindədir və bu inkişafı davam etdirmək üçün yeni qanunlara ehtiyac var. Bu qanunlar deputatların təşəbbüsündən, onların daha fəal olmasından asılıdır. Yeni parlamentin fəallığı Azərbaycanın daha da inkişafına səbəb ola bilər”.
Məhərrəm Əliyev
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?









.jpg)














.jpg)













