Nida Təhlil
Prezident xalqın yanında olmaqla cəmiyyətə mesaj ötürdü - Bəhruz Quliyev
Cənab Prezident ən vacib, ən həlledici məqamlarda Azərbaycan xalqının yanında olmağı bacarır. Bu da xalqla liderin birliyinin təzahürüdür.
Bu sözləri Publika.az-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Baş redaktor bildirib ki, koronavirusun dünya üçün mühüm problem kimi təqdim olunduğu bir dövrdə Prezident İlham Əliyev ictimaiyyət arasında çıxışları ilə bəyan etdi ki, bu virus elə də qorxulu deyil: “Yeni tip virusla bağlı müxtəlif dövlət başçıları görüşləri təxirə saldı. Hətta bu yaxınlarda bir dövlətin baş naziri koronavirus təhlükəsinə görə həmkarının əlini sıxmadı. Yəni bu, o deməkdir ki, dünyada virus xofu var. Ölkə başçısı belə bir məqamda bir neçə rayona səfər etdi. Prezident xalqın yanında olması ilə cəmiyyətə mesaj ötürdü ki, bu, qorxulu tendensiya deyil. Hesab edirəm ki, cəmiyyət artıq koronavirusu dünyada ajiotaj yarada biləcək səviyyədə deyil, qrip virusu kimi qəbul edir.
Dövlət yeni tip virusun lokallaşdırılması məqsədi ilə müxtəlif addımlar atıb. Əhalinin maarifləndirilməsi də təmin olunub. Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Ölkənin müxtəlif ərazilərində, kütlənin olduğu yerlərdə dezinfeksiya işləri aparılır. Artıq insanların çox cüzi hissəsi qoruyucu maskalardan istifadə edir ki, bu da onların dövlətə güvənmələrinin göstəricisidir. Müsbət tendensiyadır ki, mətbuat dövlətin koronavirusla bağlı mübarizəsinə adekvat olaraq cəmiyyətin psixoloji sarsıntı keçirməməsi üçün təxribatçı, panika yarada biləcək informasiyalar yaymır. Bu o deməkdir ki, dövlət, cəmiyyət və mətbuat eyni istiqamət üzrə fəaliyyət göstərir”.
Tağı Həsənov
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)


























.jpg)
.jpg)

