Nida Təhlil
LGBT-nin legitimləşdirilməsi feminizm çətiri altında...
Bakıda “8 marş” aksiyası və səsləndirilən şüarlar Azərbaycanda feminizm hərəkatının əslində LGBT-nin leqallaşdırılmasını hədəflədiyini göstərdi. Aksiyadakı şüarların, qaldırılan posterlərin nə qədər qeyri-əxlaqi, yaxud ultra-liberal, elə “feministəm” deyib əslində cinsi azlığı təbliğ edənlərin mental adlandırdığı, lakin bu ölkədə cəmiyyətin əsas dayağı olan milli-mənəvi dəyərlərə zidd olduğunu deməyə və burada təkrarlamağa ehtiyac yoxdur.
Hərçənd, iki məqam açıq şəkildə görünür:
Aksiyanın hədəfi: "feminizm" adı altında qadın azadlığının yox, əxlaqsızlığın təbliği, ictimailəşdirilməsi və legitimləşdirilməsi, cəmiyyətin əxlaq institutunun hədəfə alınması.
Aksiyanın kölgədə qalan tərəfi: təşkilatçılar yox, onların əllərinə qeyri-etik posterlər verərək küçəyə çıxardığı, yaxud buna sövq etdikləri qızların cəmiyyətin hədəfinə çevrilməsi.
İştirakçılar arasında ən çox ictimai qınağa səbəb olan şüarı əlində tutmuş Aysel Ələkbərzadənin intihara cəhd etməsinə görə məsuliyyəti aksiyanın təşkilatçıları daşıyır, lakin bu, onlara, ümumilikdə, prosesi dizayn edənlərə sərfəli deyilmi?!
Qurban - bütün ictimai-siyasi formasiyalarda, xüsusilə, inqilabi hərəkatlarda, bu, həlledici faktordur. Hər hansı hərəkatda, yaxud yürüşdə qurbanın verilməsi həmin prosesin daha da kütləviləşməsinə, cəmiyyətin legitimlik qazanmasına səbəb olur. Bu baxımdan, A.Ələkbərzadənin intihar cəhdinin altında ciddi nüansların yatdığı ehtimalı güclüdür. Qurban kimə lazım idi?!
“İstənilən hər şeyi leqallaşdırmaq mümkündür” prinsipini müdafiə edən Cozef Overtonun “Overton pəncərəsi” adı ilə məşhurlaşmış nəzəriyyəsi var: “Mümkünsüz”, “Radikal”, “Məqbul”, “Məntiqli”, “Məşhurluq”, “Siyasi hədəf”.
Amerikalı elektron mühəndis və hüquqşünasın beş pəncərədən ibarət olan nəzəriyyəsinə görə, homoseksuallığı, uşaq evtanaziyasını, hannibalizmi, bir sözlə, cəmiyyət üçün mümkünsüz görünən hər şeyi qəbul etdirmək olar. Sadəcə olaraq, bunu mərhələ-mərhələ həyata keçirmək lazımdır: cəmiyyətin qəbul edə bilmədiyi məsələ əvvəlcə “mümkünsüz” pəncərəsinə daxil olur. Onun “Radikal” pəncərəyə keçidi üçün müəyyən qrupların təqibinə, təzyiqinə məruz qalması lazımdır. Ardınca cəmiyyətin humanist simptomları işə düşür və radikalların qəbul etmədiyi məsələni yaxına buraxmağa başlayır, beləliklə, “Məqbul” pəncərəsi açılır. Sonra ictimai müzakirələr təşkil edilir və qəbul olunmayan məsələ məntiqlə qəbul etdirilir. “Məntiq” pəncərəsinin ardınca “Məşhurluq” pəncərəsi gəlir. Misal üçün, homoseksual siyasətinin prezident və ya nazir seçilməsi, yaxud bu kateqoriyadan olan müğənnilərin “Eurovision” kimi yarışlarda birincilik əldə etməsi, yəni onların məşhurlaşdırılaraq, “ideal” halına gətirilməsi. Ən son pəncərə “Siyasi hədəf”dir. Bu, qəbul edilməyən məsələnin ölkələrin siyasi prioritetinə çevrilməsidir.
“Overton pəncərəsi” Qərb yarımkürəsindən fərqli olaraq, Şərqdə, xüsusilə, müsəlman ölkələrdə “Mümkünsüz” mərhələsindədir. Bunu mümkün etmək, “Radikal” mərhələsinə keçirmək üçün kütləvi aksiyalar və qurban lazımdır. Ələkbərzadə həmin qurban idimi?! Bu sualın cavabı hələ ki açıq olaraq qalmaqdadır. Açıq şəkildə görünən isə Azərbaycanda LGBT hüquqlarının legitimləşdirilməsinin məhz feminizm üzərindən həyata keçirilməsidir.
Niyə feminizm?
Bunu cəmiyyətin aqressiya barometri ilə əlaqələndirmək olar. Azərbaycan cəmiyyətində LGBT deyildikdə, əsasən, cinsi azlıq olan kişilər – homoseksuallar göz önünə gəlir. Və cəmiyyətin homoseksuallara qarşı aqressiyası lezbiyan olan qadınlara aqressiyası ilə müqayisədə daha çoxdur. Cəmiyyət lezbiyan olan bir qadını ən pis halda təcrid edir, amma homoseksual olan kişiyə münasibət daha sərtdir.
Hədəf LGBT-nin legitimləşdirilməsidirsə, başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda bu hədəfə çatmaq üçün əsas vasitə homoseksuallar yox, lezbiyanlıqdır. Çünki cəmiyyətin qadına qarşı humanizmi daha çoxdur, nəinki cinsi azlıq olan kişilərə...
Və burada feminizm ümumi prosesin çətiri rolunu oynayır.
2015-ci il iyunun 26-da ABŞ Konstitusiya Məhkəməsinin eyni cinslərin evlənə biləcəyini tanıyan qərarını və həmin vaxt dövlət katibi olan Con Kerrinin çıxışını xatırlayırsınızmı?
Qərarda deyilirdi: “ABŞ-ın heç bir ştatı eyni cinslərin evlənməsini qadağan edə bilməz”.
Dövlət katibi şərh edirdi: “Məhkəmənin qərarı dünyanın bütün nöqtələrinə çatdırıldı. Ayrı-seçkiliyi qəbul edən heç bir qanun ədalətin qarşısına keçə bilməz”.
Beş il öncə bu qərardan sonra dünyada LGBT hüquqlarının müdafiəsi istiqamətində kampaniyanın başlayacağı aydın görünürdü və sonrakı mərhələdə ciddi addımlar atıldı da. Bu dalğanın Cənubi Qafqaza 2019-cu ildə çatdığı görünür.
Gürcüstanda LGBT fəalları yürüşlər keçirməyi aktivləşdirdi, buna paralel olaraq, filmlərin çəkilişi, festivalların təşkili intensivləşdi. Bu ölkədə LGBT-yə münasibət digər iki ölkə ilə müqayisədə daha loyal hesab oluna bilər.
Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra cinsi azlıq nümayəndələrinin “gün üzünə çıxması” müşahidə olunur. Hətta parlamentdə çıxışları da təşkil edildi.
Azərbaycanda? - feminizmin aktivləşməsi ötən ilin sentyabrından etibarən sonra daha çox hiss olunur. Bir siyasətçinin ailəsinə qarşı təzyiqi və bu faktın kütləviləşməsi, ardınca isveçli küçə-art rəssam Karolina Falkholtun Bakıda çəkdiyi “Transgender” fotosu, daha sonra feminizm üzərindən LGBT şüarlarının paylaşılması və s. Gürcüstandan sonra Ermənistanda aktivləşən LGBT dalğasının Azərbaycanda da müşahidə edilməsi təsadüfdürmü?! Bu amil son aksiyanı təşkil edənlərin təsnifatını aparmağı və bağlantılarını araşdırmağı zəruri edir.
Azərbaycanda feminizm üzərindən legitimləşdirməsinə cəhd edilən LGBT tələblərinin iki hədəfi var:
Birincisi, cəmiyyətin və dövlətin əsas dayağı olan ailə institutunun sıradan çıxarılması. Bu, bütün dünyada müşahidə olunan prosesin bir hissəsidir.
İkincisi, cinsi azlıqlar siyasi təzyiq kimi. Adətən milli ölkələrin daxili işinə müdaxilədə siyasi məhbuslar, jurnalistlər və s. vasitə olaraq istifadə edilir. Hərçənd, 1. dünyada bu vasitələrin nə üçün istifadə edildiyi ifşa olunur; 2. həmişə “cəsarətli siyasəti, yaxud jurnalist” tapmaq da çətin olur.
Görünür, siyasi təzyiq işində LGBT yeni trenddir. Hər halda hər ölkədə homoseksual tapmaq, “cəsarətli siyasətçi”, yaxud “cəsarətli jurnalist” tapmaqdan daha asan olur.
Asif Nərimanlı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Vəziyyət sizi pərdələnmiş tələyə sala bilər
-
İKT21 Noyabr 23:36
"Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
-
Magazin121 Noyabr 23:12
Lüt Xalq artisti nəyi sübut etmək istəyir? - Müğənni onları yıxıb sürüdü - VİDEO
-
MDB21 Noyabr 22:50
Putin Rusiyanın eskalasiyaya necə cavab verəcəyini AÇIQLADI
-
Magazin121 Noyabr 21:36
Sənubər İsgəndərli “Altın Kelebek”də - FOTO
-
Elm və təhsil21 Noyabr 21:24
Bu müəllimlərin maaşı ARTIRILDI - MƏBLƏĞ
-
Sosial21 Noyabr 20:24
Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...
-
Magazin121 Noyabr 19:48
Ülviyyə estetik əməliyyatdan öncə belə idi - FOTO