Nida Təhlil
Hər kəsin üzərinə düşən vəzifə... - ŞƏRH
Ölkədə həyata keçirilən bütün sosial izolyasiya işləri xalqın milli təhlükəsizliyi üçün nəzərdə tutulub.
Bunu Publika.az-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Baş redaktor bildirib ki, hazırda bütün dünya koronavirusla bağlı müəyyən addımlar atır: “Belə bir vəziyyətdə sözün əsl mənasında siyasi mövqe rol oynamır. Burada yalnız vahid mövqe var. Bu da dövlətçilik və xalqın sağlamlığının qorunması uğrunda mübarizə mövqeyidir. Ona görə də dövlət tərəfindən aparılan istənilən sosial izolyasiya tədbirləri yalnız təqdir olunmalı, alqışlanmalı və hər kəs də buna öz töhfəsini verməlidir. Siyasətçi siyasətçi kimi, cəmiyyət cəmiyyət kimi, mətbuat da mətbuat kimi burada iştirak etməlidir. Yəni ki, cəmiyyətlə dövlətin fikri bu məsələdə üst-üstə düşməli, konkret olaraq eyni mövqedən çıxış eləməlidir.
B.Quliyev bildirib ki, belə bir dönəmdə mətbuatın üzərinə daha vacib missiya düşür: “Birincisi, maarifləndirmə işlərini aparmaq, yəni hər kəsin qarşısında yaranmış bu problemin aradan qaldırılması üçün yalnız ağıl, düşüncə və dərrakə rol oynayır. Bu mifi formalaşdıran, maarifləndirmə işini aparan da mətbuatdır. Ona görə də mətbuat bu ərəfədə ajiotaj yaradacaq informasiyalara yer verməməlidir. Bu məqamda dövlətin, xalqın və insanların mənəvi-psixoloji marağı əsas götürülməlidir. Buna görə də mətbuat öz üzərinə düşən işləri layiqincə yerinə yetirməlidir. Cəmiyyət yalnız cəmiyyət olaraq deyil, həm də fərd olaraq gigyenik qaydalara əməl etməli, hətta dövlətin virusun aradan qaldırılması və lokallaşdırılması ilə bağlı atdığı hər addımı anlayışla qəbul etməlidir.
Tağı Həsənov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)












.jpg)














.jpg)
.jpg)
