Nida Təhlil
"Xəlifə Haftar ya təslim olacaq, ya da ölkədən qaçacaq" - Politoloq mühüm detalları açdı
"ABŞ bir az da ciddi addımlar atsa, Türkiyə beynəlxalq dəstəyi qazanmaq üçün ABŞ-la münasibətləri yaxşılaşdırsa, Haftarı əzmək və Liviyada vətəndaş müharibəsinə son qoymaq olar".
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, Liviyaya nəzarəti ələ keçirdiyini iddia edən qiyamçı general Xəlifə Haftar bir neçə il əvvəl qiyama başlayıb mərkəzi hakimiyyətə tabe olmayanda, məğlubiyyətə uğradığını görüb mərkəzi hakimiyyətlə müqavilə imzalamışdı: "Şərtlər də belə idi ki, hərbi əməliyyatları genişləndirməyəcək və ölkədə ciddi siyasi ambisiyalar arxasınca qaçmayacaq. Haftar Moskva danışıqlarında söz verib, imza atır, amma vədlərinə əməl etmir. Çünki özü müstəqil adam deyil. O, daha çox Misirin və BƏƏ-nin təsiri altındadır. Onlar Haftara həm maliyyə, silah yardımı edir, həm də qanuni hakimiyyətə qarşı mübarizəyə səsləyirlər. Bu səbəbdən də onun ambisiyaları gah azalır, gah da artır.
Son dövrlər qanuni hakimiyyət, BMT, ABŞ və Türkiyənin yanında olduğu, dəstək verdiyi hakimiyyət hərbi uğurlar qazanmağa başlayıb. Haftarın qiyamçı ordusu ardıcıl şəkildə məğlubiyyətə uğrayır. Lakin bütün bunlar onu düz yola qaytarmır. Yeni əmrlər alanda itaət etməyə başlayır. BMT, Amerika və Avropa ölkələrinin demək olar hamısı Haftarın iddialarını qəbul etmir və tanımır. Türkiyənin mərkəzi hakimiyyətə köməyini isə təqdirlə qarşılayırlar.
Hesab edirəm ki, Xaftar qalib gələ bilməyəcək və xalqın səs verdiyi, formalaşdırdığı hökumətə ya təslim olacaq, ya da ölkədən qaçacaq".
Məhərrəm Əliyev
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək
-
Kriminal10:46Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
-
Dünya10:22İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki



























.jpg)
.jpg)





