Qərb imperiyası ölüm ayağında: Bakı və Ankaranın əsas güc olacağı yeni dünya gəlir...
Bizi izləyin

Nida Təhlil

Qərb imperiyası ölüm ayağında: Bakı və Ankaranın əsas güc olacağı yeni dünya gəlir...

“Nyu-Yorkda bir cənazə evinə aid iki yük maşınında 100 cəsəd tapıldı. COVID-19-dan ölən cənazələr ətrafdakıların xəbər verməsi ilə ortaya çıxdı. Sadəcə bu fakt belə ABŞ-ın II Dünya müharibəsindən indiyə qədər dünyaya yayılan hegemonluğunu yerlə-yeksan etdi”.

Publika.az
xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzetinin yazarı İbrahim Karagül son köşəsində yazıb.

Karagül yazır: “Pandemiya bütün dünyaya təsir etdi, amma bəzi ölkələri tamamilə alt-üst etdi. ABŞ isə bütün hərbi, siyasi və iqtisadi gücü ilə darmadağın oldu. Faktiki olaraq, “3-cü dünya ölkəsi” oldular. Vyetnam müharibəsində belə bu qədər itki verməmişdilər. On minlərlə ölüm var. Buna baxmayaraq, ABŞ-ın texnoloji yeniliyi xəstəliyi sağaltmaq əvəzinə xəstələri izləmək üçün istifadə olunur. Onlar üçün on minlərlə insanın ölümü Bill Qeyts və digərlərinin nə qədər güclənəcəyinin, “Google” və “Apple” şirkətlərinin istehsal etdikləri çiplərin nə qədər satılacağının yanında heç nədir”.

Onun sözlərinə görə, artıq ABŞ heç vaxt dünyaya liderlik edə bilməyəcək.

“Dünyanı təzyiq altına alan gücü olmayacaq. “Möhtəşəm Amerika” təbliğatları da işləməyəcək. Hazırda bir imperiyanın çöküşünü izləyirik. Eyni mənzərə Avropaya da aiddir. Üzərində Günəş batmayan imperiyanın – İngiltərənin çarəsizliyi ortadadır, eləcə də digər Avropa ölkələri”, - türkiyəli yazar qeyd edir.

İ.Karagül hesab edir ki, 400 il sonra Qərb üçün dünyanın sonu gəldi.

“Bu, Qərbin dünyaya hömranlıq etmək gücünün məhv olmasıdır. Yeni dünyada Almaniya, Türkiyə, Rusiya, Çin, Hindistan kimi ölkələrin gücü ələ alacağı, iqtisadi sahəyə nəzarət edəcəyi məlumdur. Yeni siyasi dalğa Türkiyədir. Afrikadan ABŞ-a, Asiyadan Yaxın Şərqə qədər hər yerdəyik. Türkiyə güclü siyasi-iqtisadi addımlar atacaq. Çünki pandemiya ilə ən yaxşı mübarizə aparan ölkə oldu. Ümumdünya Səhiyyə Təşkilatına belə lazım olanda qulaq asmadı, özünün müalicə metodlarından istifadə edərək uğur əldə etdi. Dünyanın ən yaxşı səhiyyə sisteminə sahib olduğu ortaya çıxdı. 60 ölkəyə yardım göndərdi. ABŞ və İngiltərə də daxil olmaqla, Avropanın bütün ölkələrinə yardımları davam edir. Müsəlman ölkələrinin böyük əksəriyyətinə yardım edilir. Türk dünyası böyük bir həmrəylik sərgilədi, Türk Şurasının ortaq mübarizəsi nümunə oldu”, - o qeyd edir.

İ.Karagül yazır ki, pandemiyadan sonra Türkiyə sürpriz şəkildə yüksələn ölkə olacaq.

Pandemiyanın dünyada yaratdığı dəhşətli mənzərə fonunda türkiyəli yazarın proqnozlarına haqq vermək mümkündür. Xüsusilə tərəfdaş, yaxud eyni ittifaqda təmsil olunan ölkələrin bir-birinə dəstək vermədiyi halda Türk Şurasının həmrəylik nümayiş etdirməsi, qarşılıqlı dəstək və ortaq mübarizə xətti seçməsi diqqət çəkdi. Aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi, Bakının pandemiya ilə birgə mübarizə təşəbbüsünü irəli sürməsi və üzv ölkələrin bu təşəbbüsə qoşulması olduqca əhəmiyyətli addım oldu. Avropa İttifaqı ölkələrinin bir-birinə dəstək verməməsi, əksinə, tibb ləvazimatlarını bir-birindən oğurlaması fonunda Azərbaycan liderinin Türk Şurasının fövqəladə toplantısını keçirmək təşəbbüsü, Türkiyə və ortaq hərəkət etmək təklifinin digər türkdilli ölkələrin liderləri tərəfindən dəstəklənməsi dünyanın yeni siyasi-iqtisadi sistemində türk dünyasının əhəmiyyətli yer tutacağını deməyə əsas verir.

Bu mənzərə fonunda ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) “kölgəsi” olaraq tanınan “Stratfor” kəşfiyyat-analitik şirkətinin qurucusu Corc Fridmanın gələcək dünyada Türkiyənin və Türk dünyasının əsas güc mərkəzlərindən biri olacağı proqnozları da yada düşür.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm