Nida Təhlil
“İlham Əliyevin təşəbbüsü bir sıra nüfuzlu qurumlar tərəfindən dəstəklənib” - ŞƏRH
“Qlobal liderliyə ehtiyac duyulan bir şəraitdə Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Bu gün biz əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq”.
Bu sözləri Publika.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib. O qeyd edib ki, Təmas Qrupu formatında Zirvə görüşünün keçirilməsi onu göstərdi ki, Azərbaycan öz xarici siyasətini fəal davam etdirir:
“Bu cənab Prezident İlham Əliyevin artıq ikinci təşəbbüsüdür. Bundan əvvəl, aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olunub. Hesab edirəm ki, Azərbaycan uğurlu olaraq Qoşulmama Hərəkatında sədrliyi davam etdirir. Bu Zirvə görüşündə ölkə başçısı tərəfindən bir sıra mesajlar verildi.
İlk olaraq həmrəylik məsələsini vurğulamaq istəyirəm. Pandemiya dövründə bir sıra mütəxəssislər qeyd edirlər ki, ölkələr sərhədləri bağlayıb və beynəlxalq aləmdə müəyyən gərginlik əmələ gəlib. Prezident üzv ölkələri bununla bağlı həmrəyliyə çağırdı”.
Fərid Şəfiyev əlavə edib ki, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. O bildirib ki, qəbul olunan yekun bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezident İlham Əliyevə xüsusi təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir:
“İkinci məsələ çoxtərəflilikdir. Pandemiya ilə necə mübarizə aparacağımızı fikirləşməliyik. Biz eyni zamanda beynəlxalq platformalara dəstək göstərməliyik. İlham Əliyevin ikinci çağırışı bununla bağlıdır. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar vəsait ayırıb və əlavə olaraq 5 milyon dollar da Qoşulmama Hərəkatına üzv dövlətlərə veriləcək. İndiki dövrdə beynəlxalq aləmdə böyük qurumlar fəaliyyətlərini davam etdirməlidirlər.
Üçüncü məsələ isə cənab Prezident İlham Əliyevin təşəbbüsünün bir sıra nüfuzlu qurumlar tərəfindən dəstəklənməsidir. BMT baş katibinin, Avropa İttifaqı və Afrika İttifaqı nümayəndələrinin çıxışını müşahidə etdik. Bu da onu göstərir ki, Azərbaycanın təşəbbüsü hərtərəfli olaraq dəstəklənir”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
