Nida Təhlil
“İctimai maarifləndirmə tədbirlərinin gücləndirilməsi vacibdir” – Rauf Zeyni
“Prezident İlham Əliyevin bütün səfərləri çərçivəsində dövlət səviyyəsində pandemiyaya qarşı mübarizənin aparılması ilə bağlı söylədiyi fikirləri hər zaman dəstəkləyirik. Dövlətin, xüsusilə də ölkə başçısının daim vətəndaşın yanında olması ilə əlaqədar, o cümlədən vətəndaşların karantin rejiminin qayda, qanunlarına əməl etməsi, eyni zamanda inzibati və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı vurğuladığı fikirlərin arxasında Azərbaycan dövləti və xalqı dayanır”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni deyib. O bildirib ki, xüsusilə ictimai nəzarətin gücləndirilməsi çox uğurlu addımdır:
“Bəzi vətəndaşlar bu gün də virusun mövcud olmaması haqqında fikirlər yürüdürlər. Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız bu infeksiyanın mövcud olmamasında israrlıdırlar. Ona görə də ictimai maarifləndirmə tədbirlərini daha da gücləndirməliyik. O cümlədən ictimai nəzarət və monitorinq tədbirlərini də gücləndirmək lazımdır. Sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və bütün xəstələr lazımi müalicə alsınlar.
Bu gün Azərbaycanda virusa yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. Hazırda infeksiyaya yoluxanların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan evə buraxılıb. Vaxtında görülən qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydası olub. Əlbəttə ki, əksər vətəndaşlar dövlət tədbirlərinin həyata keçirilməsini müsbət qiymətləndirirlər. Ancaq bəzi hallarda Operativ Qərargahın, TƏBİB-in və digər qurumların apardıqları işdən narazılıq edirlər. Çünki bəzi hallarda aparılan fəaliyyətdə müəyyən nöqsanlar olur və sonra o nöqsanlar aradan qaldırılır. Ona görə də bəzi fikirləri əsaslı şəkildə demək lazımdır. Biz QHT olaraq fikirlərimizi hər zaman bildirmişik. Bütün tədbirlər daha səmərəli, operativ və obyektiv təşkil olunur. Bu belə də olmalıdır. Biz də QHT və vətəndaş cəmiyyəti olaraq hər zaman dövlətin pandemiyaya qarşı apardığı mübarizə tədbirlərində ölkə başçısının yanındayıq və hər zaman da yanında olacağıq”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)












.jpg)














.jpg)
.jpg)
