Nida Təhlil
Azərbaycan soyadlı ermənini tanıyın – VİDEO/FOTO
İki gündür Votsap vasitəsilə yayılan səsin sahibinin kimliyi məlum oldu: Rəşad Məmmədov.
Əvvəlcə, həmin şəxsin erməni olduğu, Azərbaycan dilində təxribat məqsədilə danışdığı deyildi. Yanılmışdıqmı? Xeyr, çünki bu şəxsin ad və soyadı azərbaycanlı olsa belə, sərhəddə təxribat hücumu törədən, sosial şəbəkələrdə infotəxribatlar edən ermənilərdən fərqi yoxdur. Əksinə, düşmənin edə bilmədiyini etməklə daha böyük təhlükə yaradır.
Ermənilər Azərbaycan mövqelərinə hücum edir, ardınca aktyorluq edərək, “Azərbaycan bizə hücum etdi” deyirlər.
Rəşad Məmmədov adlı bu şəxs də aktyorcasına ağlayır və Azərbaycanın itkilər verdiyini iddia edir.
Məlum videoda saxta göz yaşı tökən bu şəxs deyir ki, “diviziyanı dağıtdılar, vurdular, hamı bilsin, ürəyim dözmür, ay dədə, Quşçuluq kəndi dağılıb”.
Sonra açıqlama verir ki, “vətənpərvər” olduğu üçün belə edib.
Sual yaranır: doğrudanmı, hər şey bir şəxsin axmaqlığından ibarətdir, yoxsa, bu düşmənin növbəti infotəxribatlarından biridir?
R.Məmmədov Almaniyada yaşayır, Müsavat Partiyasının Avropadakı siyasi mühacir alveri ilə bağlı açılan cinayət işində əsas şahid olduğu deyilir.
Avropada erməni diasporu/lobbisinin “siyasi mühacir” adı altına yaşayan azərbaycanlıları ələ almağa çalışması ilə bağlı zaman-zaman yayılan informasiyalar fonunda bu şəxsin məlum videosunun düşmənin infotəxribatı olması ehtimalını önə çıxarır. Təbii ki, bunu müəyyənləşdirmək hüquq-mühafizə orqanlarının işidir və inanırıq ki, müvafiq orqanlar bu və digər infotəxribatları yayanların qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmasını təmin edəcək.

Dünya təcrübəsində müharibə şəraitinin öz qanunları var: ordu haqqında yalan məlumat vermək, cəmiyyəti təşvişə salmaq cəhdlərinə qarşı ən sərt tədbirlərə əl atılır. Tovuz döyüşləri Azərbaycanın infotəxribatlara qarşı barışmaz olmasının vacibliyini növbəti dəfə aktuallaşdırdı.
Asif
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
