Nida Təhlil
Total səfərbərlik elan edilməlidir - Fazil Mustafa
AXCP-nin xarici qüvvələrlə əməkdaşlıq etməsi, onların maraqlarına xidmət edən troll şəbəkəsi yaradıb istifadə etməsi heç kəsə sirr deyil. Onu da qeyd edim ki, bu gün əsas təhlükə təkcə Əli Kərimli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndər və digərləri deyil.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Əli Kərimli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digər bu kimi şəxslərin erməni maraqlarına xidmət edən tezislər əsasında bəyanatlar verməsi haqda danışarkən deyib.
F.Mustafa qeyd edib ki, bu gün daxildə və xaricdə ölkə əleyhinə ciddi kampaniyalar aparanlar var:
“Düşünürəm, bu və bu kimi insanlara qarşı total bir səfərbərlik elan etmək, informasiya müharibəsində onları zərərsizləşdirmək lazımdır. Əslində, bu gün dövlətinə qarşı təlimat alan və bu işi canla-başla yerinə yetirən insanların olması çox acınacaqlıdır. Məsələ ondadır ki, bu şəxslər bu gün real faktlar təqdim etmir, boş söyüşdən başqa bir şey demir. Arxayın Londonda, Parisdə oturub, havadarlarından aldığı maliyyə dəstəyi ilə öz çirkin niyyətlərini açıqca ifadə edirlər. Onu da deyim ki, xaricdə söyüş və təhqiri mübarizə vasitəsi sayan bu şəxslərin bu gün daxildə də bağlantıları çoxdur. Xüsusilə bəzi yutuberlər var ki, məqsədyönlü şəkildə bu xəyanətə ortaq olurlar. Düşünürəm, bu şəxslərin xüsusilə də indi ölkələri əleyhinə kampaniya aparmaları birbaşa düşmən maraqlarına xidmət edir və belələri üçün şəxsi maraqlar dövlətin ali maraqlarından hər zaman üstündür”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
