Nida Təhlil
Bu dəyişikliklə süründürməçiliyin qarşısı alınacaq - Deputat
“Son dövrlər Prezident İlham Əliyev tərəfindən uğurlu islahatlar həyata keçirilir. Bu islahatların əsas qayəsi vətəndaş məmnunluğunu təmin etmək, bürokratiyanın qarşısını almaq, paralel və ya təkrar strukturların birləşdirilməsi, yaxud dəyişdirilməsidir. Əsas hədəf də rüşvətxorluq və korrupsiyaya meyilliliyin, boşluqların tamamilə aradan qaldırılmasıdır. Nazirlər Kabineti, Milli Məclis və ya Prezident Administrasiyasında həyata keçirilən bu struktur dəyişiklikləri izləsək, deyə bilərik ki, son dövrlər bu, müsbət nəticəsini verib”.
Bu fikirləri Publika.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, bu islahatlar vətəndaşlarımız tərəfindən müsbət qarşılanır: “Bütün bunların fonunda Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının inzibati vahid kimi ləğv edilməsi və səlahiyyətlərinin Gəncə Şəhər İcra Hakimiyyətinə verilməsi fikri çox düzgün təşəbbüsdür. Çünki son dövrlər bu rayonların fəaliyyətini nəzərdən keçirsək görərik ki, faktiki olaraq həmin rayonların icra hakimiyyətlərinin böyük bir səlahiyyətləri yoxdur və yalnız müəyyən kargüzarlıq işləri ilə məşğul olurlar. Bu da müəyyən problemlər yaradır. Çünki vətəndaş müraciət etdiyi zaman problem həll olunmur və onlar sonda Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edirlər. Bu da böyük vaxt itkisi deməkdir. Əvvəllər bu rayonların özünün təhsil, mədəniyyət, idman və digər bu kimi idarələri var idisə, bu gün adıçəkilən qurumlar regional idarələrlə əvəz edilib. Adicə bir kommunal problemin həlli ilə bağlı rayon icra hakimiyyətinin nə fəhləsi, nə də bir strukturu var”.
N.Həmzəyev qeyd edib ki, bu dəyişiklik olarsa, vətəndaş məmnunluğuna nail ola bilərik və süründürməçiliyin, vaxt itkisinin də qarşısı alınar: “Bütün səlahiyyətlərin Gəncə Şəhər İcra Hakimiyyətinə veriləcəyi təqdirdə düşünürəm ki, idarəetmə daha çevik olacaq, bütün problemlər və müraciətlər vaxtında öz həllini tapacaq. Həmçinin, büdcə vəsaitlərinə qənaət ediləcək, çünki böyük bir aparatın saxlanması üçün inzibati və ya struktur xərcləri çoxluq təşkil edir. Belə olarsa, həmin xərclər şəhərin digər probleminə yönləndiriləcək. Ləğv ediləcək qurumların əməkdaşları təcrübəli dövlət qulluqçularıdır, onlar da Gəncə Şəhər İcra Hakimiyyətində və ya digər qurumlarda həyata keçirilən müəyyən struktur dəyişikliklərində işlə təmin olunacaqlar. Həmin vətəndaşların hüquqları müdafiə ediləcək və heç bir məşğulluq problemi ilə üz-üzə qalmayacaqlar”.
Akqabay Mıradov
-
Ekologiya12:48Sabaha gözlənilən hava şəraiti açıqlandı
-
Maraq dünyası11:58Merin başına elə şey düşdü ki... - Video
-
MDB11:28Moskva bu çətin dövrdə Tehranın sadiq dostu olaraq qalır - Putin
-
Yaxın Şərq10:47Atəşkəsi qəbul etmirik! - İran XİN
-
Magazin210:04Məşhur aktyor yatıb ayılmadı
-
Hadisə09:53Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi - Foto
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video































.jpg)



.jpg)
