Nida Təhlil
Fərid Şəfiyev: "Diplomatik danışıqlar Ermənistan tərəfindən dayandırılıb"
"Məlum olduğu kimi, sentyabrın 27-si səhər saatlarında Ermənistan hərbi qüvvələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan mövqelərinə hücuma keçib. Hazırda Azərbaycan tərəfi məcburən əks tədbirlər görməkdədir. Ermənistanın bu yeni hücumu ölkənin yeni hərbi doktrinası olan “yeni ərazilər uğrunda yeni müharibə” şüarından irəli gəlir. Bunu açıq-aşkar Ermənistanın müdafiə naziri David Tanoyan da 2019-cu ilin martında Nyu-Yorkda çıxışı zamanı bəyan edib".
Publika.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan silahlı qüvvələrinin törətdiyi son təxribatları şərh edərkən deyib.
"Son 2 il ərzində Ermənistanın yeni rəhbərliyi verdiyi ilkin vədlərə baxmayaraq, mütəmadi olaraq diplomatik müstəvidə təxribatlara əl ataraq danışıqlar prosesinə son qoyub. 2019-cu il avqustun 5-də Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bəyan edib. Artıq həmin ilin sentyabrında tərəfimizdən ölkələrin post-danışıqlar dövrünə qədəm qoyduğu açıqlanıb. Buna sübut olaraq, qeyd edə bilərik ki, 2020-ci ilin mart-aprel aylarında Ermənistan Xarici İşlər Nazirliyi danışıqlar prosesində hər hansı sənədin olmadığını bəyan edib. Faktiki olaraq, bununla da son 13 ildə Madrid Prinsipləri üzərində aparılan danışıqlar iflasa uğrayıb. Qeyd etmək yerinə düşər ki, ilk dəfə Madrid Prinsipləri 2007-ci ildə açıqlanıb.
Beləliklə, diplomatik danışıqlar yolu Ermənistan tərəfindən dayandırılıb və məhz bu ölkənin təxribatı nəticəsində hazırda yalnız hərbi müstəvi mövcuddur. Ölkə başçısı İlham Əliyevin bu günki təxribatla bağlı xalqa müraciətində qeyd etdiyi kimi, Ermənistanın bu təxribatı Azərbaycan tərəfindən tutarlı şəkildə cavablandırılacaq", o bildirib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
