Nida Təhlil
Bu, yoluxma hallarında artıma səbəb ola bilər - Həkimdən XƏBƏRDARLIQ
"Koronavirusa yoluxma statistikasında yumşalma tədbirlərindən sonra stabillik müşahidə olundu. Ancaq Ordumuzun əks-hücum əməliyyatlarına başlaması ilə insanlar sanki virusun varlığını unutdular. Bu gün Azərbaycanda yoluxma sayı 191 nəfər olaraq qeydə alınıb. Hazırda koronavirus mübarizə aparacağımız düşmən olaraq ikinci plana keçib".
Bunu Publika.az-a TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
O qeyd edib ki, ölkəmizlə yanaşı Gürcüstan və Ermənistanda da yoluxmalar sürətlə artıb: "Düşmən ölkədə yoluxmanın artması birmənalı olaraq müharibə ilə bağlıdır. Vətəndaşlarımız hazırda əsas düşmən olan ermənilərlə yanaşı köhnə düşməni də unutmamalıdır. İnsanlar hərbi hissələrə axın edirlər və Azərbaycan Ordusuna yardım göstərirlər. Eyni zamanda səfərbərlik xidmətlərinin qarşısında da kütləvi toplanışlar oldu. Bu da sayın artmasına səbəb olub. Hazırda əhalinin əksəriyyəti pandemiya ilə mübarizə qaydalarına riayət etməyi undub. Təbii ki, bu da yoluxma hallarında artıma səbəb ola bilər.
Ön cəbhədə əsgərlərimiz düşmənlə savaşdığı kimi, biz də arxa cəbhədə koronavirusla savaşmağı unutmamalıyıq. Biz əsgərlərimizə kömək olmaq üçün arxa cəbhədə də möhkəm olmalıyıq. Bunun üçün hər kəs özünü mütləq şəkildə virusdan qorumalıdır. Bəzən insanlar komendat saatına məhəl qoymadan qələbə sevincini bir yerə toplaşaraq qeyd edir. Nəzərə almaq lazımdır ki, hazırda ölkədə karantin var. Hamımız sevinirik, ancaq bu sevinci öz evimizdə, daxilimizdə paylaşmalıyıq. Yaxşı olardı ki, Ordumuza yardımı Müdafiə Nazirliyinin vasitəsilə edək. Hərbi hissələrə kütləvi axın xəstəliyin sürətlə yayılmasına səbəb ola bilər".
Akqabay
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var












.png)
















.jpg)
.jpg)





