Nida Təhlil
Ümidi terrorçulara qalan Ermənistan - ŞƏRH
“Araik Arutunyan qanunsuz bir rejimin rəhbəridir. Onun qanun qəbul etmək üçün nə hüququ, nə də ixtiyarı var”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
O qeyd edib ki, Ermənistan bütün dövrlərdə xarici ölkələrdən olan muzdlular və terrorçulardan Azərbaycana qarşı istifadə edib: “Hazırda da muzdlular Azərbaycan Ordusuna qarşı döyüşürlər. Arutunyan gözdən pərdə asmaq üçün hansısa bir "qanun" qəbul edir. Ermənistan döyüşlərə silahlı muzdluları cəlb etməklə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini açıq şəkildə pozur.
Biz çox yaxşı bilirik ki, muzdlular müharibə başlayan gündən oradadır. Nə gətirdikləri muzdlu döyüşçülər, nə də Ermənistan ordusu bu vəziyyətin öhdəsindən gələ bilir. Onlar uduzub və artıq görürlər ki, biz torpaqlarımızı azad edirik, hərbi əməliyyatlarda uğurla irəliləyirik. Təbii ki, onlar bu cür olduğu halda belə bir addıma əl atırlar. Beynəlxalq ictimaiyyət buna susmamalıdır və Ermənistan terrorçuları Qarabağa gətirdiyi üçün cinayət məsuliyyətinə cəlb edilməlidir. Düşünürəm ki, separatçı rejim nə edirsə etsin, onların taleyi artıq həll olunub”.
Qeyd edək ki, Ermənistan qanunvericiliyə dəyişikliklər edərək muzdluların orduya cəlb edilməsini qanuniləşdirib.
Akqabay Mıradov
-
Hadisə22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika14:27İlham Əliyev fərman imzaladı













.jpg)
























