Nida Təhlil
Ermənistan fərariliyin qarşısını ala bilmir - Hərbi ekspert
Ermənistan Azərbaycan Ordusunun müqavimətinə tab gətirmək iqtidarında deyil. Azərbaycan qoşunları irəlidədikcə onlar geri çəkilməyə davam edir, yüzlərlə silah-sursat, texnika itiriblər. Ümumilikdə, Ermənistan Ordusuna 1 milyard dollardan çox ziyan dəyib.
Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan general-leytenant, Əfqanıstan və Qarabağ müharibələri, habelə Silahlı Qüvvələrin veteranı Yaşar Aydəmirov deyib.
Onun sözlərinə görə, Ermənistan Ordusu Azərbaycanla açıq döyüşə girməkdən imtina edir:
“Müxtəlif üsullarla alınan köhnə raket kompleksləri ilə Azərbaycan ərazilərini atəşə tutmaları da Azərbaycan Ordusunun zəfəri qarşısında düşdükləri acizlik vəziyyətdən irəli gəlir. Əllərində qalan bir neçə raket sistemi ilə yaşayış məntəqələrini atəşə tuturlar ki, xalq arasında psixoloji gərginlik və təşviş yaratsınlar. Amma buna nail olan deyillər. Çünki mülki əhalimizə qarşı qatı qəddarlığın qisası düşməndən alınır, Ermənistan döyüş meydanında böyük itkilərə məruz qalır, yüzlərlə texnikaları sıradan çıxarılır. Odur ki, onların hər hansı müqavimət göstərməyə gücü qalmayıb. Onların çox sayda döyüş qüvvəsi məhv edilib, qalanları da döyüş meydanını tərk edir, sadəcə bir tabor, bir alay deyil, artileriya və toplarını qoyub qaçırlar. Ötən gecə 300 əsgərin fərarilik etdiyi məlum olub, gətirdikləri muzdlular da qaçır. Onlar bu fərariliyin qarşını ala bilən deyil”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
