"Sərhədsiz reportyorlar"ın bu bəyanatı yayması o deməkdir ki... - Ekspert
Bizi izləyin

Nida Təhlil

"Sərhədsiz reportyorlar"ın bu bəyanatı yayması o deməkdir ki... - Ekspert

"Bu gün bəzi ölkələrdə, o cümlədən də Fransada erməni terror təşkilatlarının, ifrat erməni radikal dəstələrinin Dağlıq Qarabağda baş verənlərlə bağlı obyektiv mövqe nümayiş etdirən jurnalistlərə, ictimai-siyasi xadimlərə qarşı təhqir və hədə-qorxu addımları olduqca ciddi narahatlıq doğurur. Bu addımlar Ermənistanın əslində bu gün Azərbaycana qarşı apardığı təcavüzkar hərbi siyasətin xarici ölkələrdə uzantısından və davamından başqa bir şey deyil".

Bu fikirləri Publika.az-a açıqlamasında “Bakı Xəbər”qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Ermənistan Azərbaycanla döyüş meydanında ard-arda hərbi məğlubiyyətlərə düçar olduğuna görə dünya informasiya məkanından əsl həqiqətlərin yayılmasının qarşısını almaq üçün belə radikal, yolverilməz, cinayətkar və perspektivsiz olan üsullara əl atır: "Məqsəd Azərbaycanla və Dağlıq Qarabağla bağlı obyektiv mövqe sərgiliyən dünya media nümayəndələrini susdurmaq və onları Qrabağdan baş verən həqiqi proseslər barədə real məlumatlar yaymaqdan çəkindirməkdən ibarətdir. Ancaq bu hadisələrin Fransada baş verməsi olduqca təəccüblüdür. Çünki Fransanın tarixən Ermənistana himayəçilik etdiyi bəllidir və bu gün Fransada Qrabağdan obyektiv xəbərlər, reportajlar hazırlayan reportyorlara qarşı atılan bu addımlarda Fransa hakimiyyətinin və siyasi dairələrinin birbaşa məsuliyyəti var. Ona görə ki, Fransa rəsmi qaydada erməniləri və Ermənistanı, Ermənistanın uydurma genosidini dünya miqyasında açıq və rəsmi himayə edən yeganə dövlətdir. Buna görə də Fransada baş verən bu hadisələrdə ölkənin rəsmi dairələri məsuliyyəti var.

A.Quliyevin sözlərinə görə, iş o həddə gəlib çatıb ki, hətta dünya miqyasında ikili standartlarla iş görən "Sərhədsiz reportyorlar" təşkilatı belə erməni lobbisinin və erməni təşkilatlarının Qarabağda çəkiliş aparan obyektiv jurnalistlərə qarşı atdığa qanunsuz addımlardan və təzyiqlərdən dəhşətə gələrək belə bir etiraz bəyanatı yayıb: "Belə bir təşkilatın erməni terror dəstələrinin bu hərəkətinə qarşı bəyanat yayması o deməkdir ki, Ermənistan dünya miqyasında da informasiya müharibəsini sürətlə uduzur. Ənənəvi olaraq Ermənistanın tərəfini saxlayan qurumlar da təcavüzkar dövlətin hərəkətlərindən dəhşətə gəlir və geri çəkilməyə başlayıblar".

Bəs, "Şarl Ebdo" nəşri ilə bağlı baş vermiş hadisə zamanı dünya müsəlmanlarının çoxsaylı etirazlarına məhəl qoymayaraq, demokratik azadlıqların müdafiəsinə qalxan Fransa hökimətindən analoji mövqe nümayiş etdirilməsini gözləmək olarmı?

Ekspert qeyd edib ki, bütün dünyanın gözləntiləri də ondan ibarətdir ki, vaxtilə "Şarl Ebdo" jurnalının redaksiyası ətrafında baş verənlərlə bağlı bütün müsəlman dünyasının ayağa qalxmasına, etirazlara baxmayaraq, Fransa hakimiyyəti azad sözün müdafisəinə qalxdı və müdafiə mövqeyində dayandı: "Baxmayaraq ki, islam dünyası o zaman özünün müqayisəsiz müqəddəsi olan peyğəmbərin adını və irsini müdafiə üçün ayağa qalxmışdı. Amma buna baxmayaraq Fransa hakimiyyəti dünyanın, əksərən də xristian ölkələrini özünün siyasəti ətrafında birləşdirərək guya söz və media azadlığının müdafiəsini təşkil etdi. Ancaq bu gün Fransa hakimiyyətinin baş verən və arxasında erməni lobbisinin, erməni təşkilatlarının dayandığı bu faktlara lazımı reaksiya göstərməməsi çox təəccüb doğurur. Belə bir qənaətə gəlmək mümkündür ki, həqiqətən Fransanın azad söz və media azadlıqları ilə bağlı mövqeyi ikili standartlara söykənir. O yerdə ki, ermənlərin məsələsidir, Fransa hakimiyyəti nələrisə görməzlikdən gəlir. Ona görə də Fransa hakimiyyəti öz imicini, nüfuzunu qorumaq üçün erməni lobbisinin Fransada televiziya, qəzet jurnalistlərinə qarşı atdığı, planlaşdırdığı addımlara qarşı öz prinsipial mövqeyini bildirməlidir və jurnalistlərin müdafiəsini təşkil etməlidir".

Akqabya Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm