Nida Təhlil
Danışıqlar prosesində bu məsələ ciddi nəzərə alınmalıdır - Deputat
Ermənistan var gücü ilə çalışır ki, Rusiyanı hər hansı formada münaqişəyə cəlb etsin.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin “Bu konfliktin Azərbaycan və Ermənistan arasında olması və başqa tərəflərin müdaxilə etməməsi üçün biz hər şəyi edəcəyik” deməsi bu cəhdlər qarşısında ən layiqli cavabdır:
“Rusiya prezidentinin açıqlamaları balanslı mövqe nəzərdə tutur. Faktiki olaraq Vladimir Putinin dediyi məsələlər baza prinsiplərinin təkrarıdır. Sadəcə bir fərq var, onu da cənab Prezident qeyd etdi ki, baza prinsiplərinin birinci hissəsində nəzərdə tutulan 5 rayon artıq demək olar ki, işğaldan tamamilə azad olunub. Odur ki, danışıqlar prosesində bu məsələ ciddi nəzərə alınmalıdır.
Artıq bütün dünya, o cümlədən Rusiya tərəfindən status-kvonun, təmas xəttinin aradan qaldırılması reallığı qəbul edilib. Köhnə variantda Madrid prinsipləri də yoxdur. Madrid prinsiplərinin birinci hissəsi dəyişməyib, ancaq Azərbaycan artıq bu prinsipləri yerinə yetirib. Odur ki, danışıqlar asan olmayacaq, başqa reallıq var və bu reallığı cənab Prezident və rəşadətli ordumuz yaradıb”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
