Nida Təhlil
Ermənilərin Xocavənddə dağıtdığı abidələr - FOTO
“Bəşər sivilizasiyasının beşiklərindən biri olan Xocavənd bölgəsi antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir”.
Publika.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov qeyd edib.
O nəzərə çatdırıb ki, Xocavənd rayonu ərazisində, Salakətin kəndinin yaxınlığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid “Ritiş” qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən “Ərgünəş” qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid “Rzaqulu Bəy” türbəsi, Xocavənd kəndi yaxınlığında “Aşıqlı Qoşa” günbəzi, Böyük Tağlar kəndində “Alban” məbədi (1241-ci il), Tuğ kəndindəki “Qırmızı” məbəd adlı X əsrə aid tarixi memarlıq və incəsənət abidələri və s. var.
C.Məmmədovun sözlərinə görə, erməni təcavüzü nəticəsində rayonun dağıntıya məruz qalmış mədəni və dini abidələrinə nümunə olaraq Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə aid Alban kilsəsi, I-V əsrlərə aid Alban qəbiristanlıqları, Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Qaradağlı kəndinin ərazisində qeydə alınan və III-VI əsrlərə aid olan Alban qəbiristanlıqları, Əmirallar kəndi yaxınlığındakı (keçmiş Bəhrəmli kəndi ərazisində) Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi ərazisindəki Yel piri və neçə-neçə qiymətli maddi memarlıq abidələrini göstərmək olar: “Xocavənd torpağı ölkəmizə çoxlu sayda tanınmış siyasətçilər, mədəniyyət xadimləri, rəssamlar, şairlər, yazıçılar, jurnalistlər, müğənnilər, idmançılar, sərkərdələr, igidlər bəxş edib”.
Şamo Emin
-
ABŞ04:44Zelenski ABŞ-a getdi
-
İdman00:30“Çelsi” görün kimə uduzdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Şüuraltı qorxularınızla üzləşə bilərsiniz
-
Cənubi Qafqaz27 Dekabr 23:36Paşinyan şeir yazdı, baraban çaldı - VİDEO
-
Magazin227 Dekabr 23:00Əməkdar artist tamaşadan öncə VƏFAT ETDİ
-
Magazin227 Dekabr 22:12Xalq artistinin sahildəki 4,2 min kv-lıq mülkü ƏLİNDƏN ALINIR
-
Magazin127 Dekabr 21:48"Əcəb edirik, yenə də gedəcəyik"
-
Sosial27 Dekabr 21:36Keçmiş daxili işlər nazirinin oğlu VƏFAT ETDİ





















.jpg)



.jpg)













