Region
Paşinyan Araz çayının hüquqlarını ANKARAYA VERDİ - ŞOK İDDİA
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Araz çayının su ehtiyatlarının bir hissəsini Türkiyəyə ödənişsiz verməyə razılaşdığı iddia edilir.
Publika.az xəbər verir ki, bu iddia ilə Türkiyəin “Evrensel” portalı çıxış edib.
İki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirmək məqsədilə imzalanması planlaşdırılan müqavilə ilə Türkiyəyə Ermənistanın ən böyük çayı üzərində bir neçə su anbarı və hidroelektrik stansiya qurmaq hüququ veriləcəyi bildirilir.
Mümkün müqaviləyə görə, Türkiyə Araz çayını, yəni uzunluğu 1072 km və sahəsi təxminən 102 min kvadrat kilometr olan qədim çayı demək olar ki, sərhədsiz şəkildə istifadə edə biləcək.
Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, Araksavan və Burastan bölgələri arasında çayın əvvəlki yatağına qaytarılması üçün inşa olunması nəzərdə tutulan tək bir su anbarının qiyməti 1 milyon dollar təşkil edəcək.
Ermənistan tərəfindən bölgədə normallaşma istiqamətində atılan addım kimi qiymətləndirilən müqavilə layihəsinin həyata keçməsi, beynəlxalq müşahidəçilər və ekspertlər tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev üçün strateji qələbə kimi dəyərləndirilir.
Ermənistan hökuməti daha əvvəl də Türkiyəyə qarşı pasport və gömrük möhürlərindən Ağrı Dağı simvolunu çıxarmaq kimi müxtəlif simvolik jestlər etmişdi.
Araz çayı üzərindəki yeni müqavilə layihəsinin, Ermənistan üçün daha konkret və kəskin güzəştlərə doğru bir keçidi işarə etdiyi güman edilir. Analitiklər bu addımın Ermənistanın son Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra zəif vəziyyətini göstərdiyini, eyni zamanda Ankaranın Cənubi Qafqazdakı nüfuzunu və resurs təhlükəsizliyini böyük xərc olmadan əhəmiyyətli dərəcədə artırdığını vurğulayırlar.
Qeyd edək ki, Türkiyə ilə sərhəd təşkil edən Araz çayının yatağı anunsuz qum hasilatı nəticəsində zamanla dəyişmiş və sərhədlərin kənarında təxminən 400 hektar sahədə ada yaranmışdı. Məsələ sonradan iqtisadi pozuntu olmadan, dövlətlərarası problemə çevrilmişdi.
Problemi həll etmək üçün çayın sularını əvvəlki yatağına yönəltmək məqsədilə Ermənistan tərəfindən Araz çayının mövcud yatağına təxminən 130 metr uzunluğunda və 8 metr dərinliyində su anbarı inşa etmək planlaşdırılmışdı.
Hüseyn İbadlı
-
Əmlak05:15Bakıda plana düşən binaların söküntüsü nə vaxt bitəcək? - VİDEO
-
ABŞ04:44Zelenski ABŞ-a getdi
-
İdman00:30“Çelsi” görün kimə uduzdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Şüuraltı qorxularınızla üzləşə bilərsiniz
-
Cənubi Qafqaz27 Dekabr 23:36Paşinyan şeir yazdı, baraban çaldı - VİDEO
-
Magazin227 Dekabr 23:00Əməkdar artist tamaşadan öncə VƏFAT ETDİ
-
Magazin227 Dekabr 22:12Xalq artistinin sahildəki 4,2 min kv-lıq mülkü ƏLİNDƏN ALINIR
-
Magazin127 Dekabr 21:48"Əcəb edirik, yenə də gedəcəyik"



















.jpg)















