Nida Təhlil
Zəngilana köçürülən erməni ailələri terrorçular imiş - OSMANOV AÇIQLADI
“Ermənistan 30 ilə yaxındır ki, işğal altında saxladığı 20 faiz torpaqlarımızda hər zaman vandallıq, barbarlıq nümayiş etdiriblər, o cümlədən də qanunsuz məskunlaşma həyata keçiriblər”.
Bu fikirləri Publika.az-a açıqlamasında deputat Cavid Osmanov qeyd edib.
Onun sözlərinə görə, ermənilər qanunsuz məskunlaşma həyata keçirməklə, tarixi saxtalaşdırmağa çalışıblar:
“Eyni zamanda onlar digər yerlərdən erməni ailələrini gətirməklə, ermənilərin çoxluğunu təşkil etməyə çalışıblar. Beyrutda olan partlayışdan sonra ermənilər guya, özlərini dünyaya sülh sevər xalq kimi nümayiş etdirməyə çalışdılar və açıq şəkildə qeyd etdilər ki, erməni kökənli ailələri işğal altında olan torpaqlarımıza gətirirlər. Bu, qeyri-qanunidir. O torpaqlar heç vaxt Ermənistanın olmayıb. O torpaqlar beynəlxalq hüquq və normalara istinadən Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Bunu bütün dünya bilir və qeyd edir. O cümlədən BMT-nin bununla bağlı qətnamələri var. Ermənistanın heç vaxt səlahiyyəti olmayıb ki, xaricdə yaşayan erməni kökənli ailələri ora gətirsin”.

C.Osmanov bildirib ki, Zəngilan, yaxud digər işğal altında olan torpaqlarımıza gətirilən ailələr heç də sadə ailələr deyil: “İlk növbədə, onlar terroristdirlər. Suriyadan, Liviyadan və digər yerlərdən terrorçuları ora gətirmək Azərbaycan xalqına, ordumuza qarşı növbəti terror əməliyyatları həyata keçirmək məqsədi daşıyır. Onların xüsusi kəşfiyyat idarəsinin orada saxladığı materiallarda 60 suriyalı terrorçunun adının olması bir daha göstərir ki, Ermənistan muzdlulardan hər zaman istifadə edib və bu gün silahlı qüvvələrimizə qarşı muzdluların döyüşməsinin bariz nümunələrindən biri də budur. Bu, faktdır. Dünya ictimaiyyətinin artıq bununla bağlı Ermənistana təzyiqlərini gücləndirməsi gərəkdir”.
Şamo Emin
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO




































.jpg)


