Nida Təhlil
Şuşa zəfəri göstərdi ki, ordumuz... - Ekspert
“Xocavəndin Tuğ və Azıx kəndləri Qırmızıbazar istiqamətində Azərbaycan Ordusunun mövqelərinin möhkəmləndirilməsi və cəbhə funksiyasını yerinə yetirmək baxımından olduqca əhəmiyyətlidir. Azıx kəndinin isə həm tarixi, həm də mənəvi önəmi var. Orada yerləşən Azıx mağarası qədim insan məskənidir”.
Bu fikirləri Publika.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

O qeyd edib ki, Xocalının kəndlərinin işğaldan azad edilməsi də xüsusi önəmə malikdir: “Azərbaycan Ordusu Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq kəndlərini işğaldan azad edib. Hər dörd kənd Ağdam Xocavənd və Şuşa rayonu arasında yerləşir. Bu kəndlərin strateji əhəmiyyəti ondan ibarətdir ki, Ordumuz Xocavənd şəhəri istiqamətində Ermənistan ordusunun orada yerləşən hərbi birləşmələri ilə Xankəndi arasındakı strateji əhəmiyyətli yolu nəzarətə altına götürür. Müharibədə də əsas məsələ hərbi əməliyyatların hamısında əsas yol-nəqliyyat infrastrukturunun, strateiji yüksəkliklərin nəzarət altına alınması ilə bağlıdır. Qələbənin açarı bu uğurlardandır. Bu baxımdan bu kəndlərin işğaldan azad olunması həmin istiqamətdə olan strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçir.
R.Məmmədli qeyd edib ki, Xankəndi və Xocavənd istiqamətində olan yol-nəqliyyat infrastrukturu artıq Ordumuzun vizual və digər vasitələrlə nəzarəti altındadır: “Ümumilikdə, Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində həyata keçirdiyi bu uğurlu əməliyyat Xocalı şəhərinə yolumuzu açmış olur və növbəti uğurlu əməliyyatlar Xankəndi-Xocalı yolunda Azərbaycan Ordusuna gözlə görünən şəkildə nəzarət etmə imkanı yaradır”.
Hərbi ekspert Şuşanın hərbi-strateiji əhəmiyyətindən də danışıb.
O bildirib ki, Xankəndi və Laçın istiqamətində hərbi nəqliyyat vasitələrinin Ordumuz tərəfindən Şuşa şəhəri ərazisindən müşahidəsi həyata keçiriləcək: “Bununla Ordumuz həmin istiqamətdə olan düşmən hərbi birləşmələrinin hərəkətinə, manevr imkanlarına məhdudiyyətlər yaradacaq. İkinci məqam isə, Xankəndi şəhəri Ordumuzun atəş zərbəsi altında olacaq. Nəinki Xankəndi şəhəri, Xankəndi-Xocalı yolu istiqamətində Ordumuz lazımi hərbi əməliyyatları həyata keçirə biləcək”.
R.Məmmədli vurğulayıb ki, Şuşanın işğaldan azad olunması müharibənin ikinci hissəsinin başlanğıcı deməkdir: “Bu qələbə Azərbaycan Ordusunun Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və digər istiqamətlərdə uğurlu əməliyyatların keçirilməsinə stimul yaradacaq. Bu qələbələr Azərbaycan Ordusunun güclü hərbçiləri hesabına əldə edilib. Biz əvvəldən də bilirik ki, Ordumuz təkcə müasir texnikalarla deyil, əsgər və zabitlərimizin şücaəti sayəsində də bu torpaqları işğaldan azad edə bilərdi. Məhz Şuşa qələbəsi bizə pilotsuz uçuş aparatları, dronlar olmadan belə uğur qazanacağımızı göstərdi”.
Akqabay Mıradov
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi






































