Nida Təhlil
Azərbaycan yeni və parlaq mərhələyə qədəm qoyur - RƏY
“Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdü”.
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşünə münasibətini ifadə edən politoloq Şəbnəm Həsənova qeyd edib.
O bildirib ki, Prezident bir daha 44 gün ərzində əldə edilmiş qələbənin Azərbaycan hərbçilərinin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanıldığını vurğuladı: “Onlara öz adından, Azərbaycan adından təşəkkür edən müzəffər ordunun müzəffər Ali Baş Komandanının dərhal düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərən, yaralanan, öz həyatlarını risk altına ataraq böyük şücaət göstərən yaralı hərbçilərlə görüşməsi bir ölkənin Ali Baş Komandanının öz ordusuna, hərbçisinə olan hörmətinin əyani təzahürüdür”.
“Sözünün imzası qədər dəyəri olan Prezidentin “Planlarım çoxdur. İnşallah, hamısını icra edəcəyik” deyərək hər zaman hərbçilərlə bir yerdə olacağını söyləməsi mühüm əhəmiyyət kəsb edir. Artıq hərbçilərin həyatında yeni dövrün başladığını deyən ölkə başçımız bundan sonra onların həyat səviyyələrinin daha da yaxşılaşdırılacağını, yaralanmış hərbçiləri işlə təmin etmək üçün şəxsən özünün nəzarəti altında dərhal və ardıcıl addımların atılacağını bildirdi. Burada xüsusi məqam ondan ibarətdir ki, bu işə həm dövlət, həm də özəl sektor cəlb olunacaq”, - deyə politoloq əlavə edib.
Ş.Həsənova diqqətə çatdırıb ki, şəhid ailələrinə, analarına, hərbçilərə münasibətdə yüksək humanizm sərgiləyərək onlara olduqca həssas yanaşan Mehriban xanım Əliyevanın fəaliyyətində Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilər hər zaman xüsusi yer tutub: “Məhz Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və nəzarəti altında ölkəmizə onlar üçün müasir protezlər gətirilir. Bundan sonra da bu iş davam etdiriləcək. Düşünürəm ki, bu addımlar həm ölkə başçımızın, həm də Mehriban xanım Əliyevanın öz fəaliyyətlərində humanizm prinsiplərini hər zaman prioritet tutmalarının növbəti bariz nümunəsidir”.
Politoloq hesab edir ki, Azərbaycan müzəffər Ali Baş Komandanın hər detalına qədər düşünüb yürütdüyü siyasət sayəsində yeni və parlaq mərhələyə qədəm qoyur: “Bundan sonra vətəndaşlar rahat yaşayacaqlar, öz doğma torpaqlarına qayıdacaqlar”.
Şamo Emin
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi





































.jpg)


