Nida Təhlil
Dünyanın gözü qarşısında Ermənistanda insan hüquqları pozulur - Deputat
“Ermənistanda insan hüquqlarının pozulmasına Qərb dairələrinin susması ikili standartların göstəricisidir. Bu gün Ermənistanda cox ciddi qarşıdurma var, əhali küçələrdədir və öz sərbəst fikrini bildirmək istəyənlərə qarşı çox ciddi şəkildə təzyiqlər, həbslər var”.
Publika.az xəbər verir ki, bunu millət vəkli Ceyhun Məmmədov Ermənistanda yaranmış gərgin duruma münasibətini ifadə edərkən deyib.
O bildirib ki, bu gün dünyanın gözü qarşısında Ermənistanda insan hüquqları pozulur: “Biz bunu əvvəlki dövrlərdə də müşahidə etmişik. Ermənistanda mart hadisələri dövründə də çox ciddi qanun pozuntuları oldu. O vaxtı da ona reaksiya verilmədi. Əlbəttə ki, bunu da Azərbaycan dəfələrlə öz münasibətində bildirib. Söhbət insan hüquq və azadlıqlarının pozulmasından gedirsə, bu gün Ermənistanda biz bunun tam şahidiyik. Buna dünya birliyi reaksiya verməlidir. Bu, əgər hansısa bir başqa dövlətdə olsaydı, tamamilə fərqli bir münasibətin şahidi olardıq. Bu da qeyri-səmimilikdən, ikili standartlardan xəbər verir. “Human Rights Watch” və “Amnesty International”, eləcə də digər beynəlxalq təşkilatlar bu məsələyə reaksiya verməlidirlər. Onlar hər dəfə Azərbaycanla bağlı fikirlərini bildirirlər və biz gözləyirik ki, bu tənqidə onlar reaksiya versinlər”.
C.Məmmədov deyib ki, bu gün Ermənistanda cərəyan edən proseslər anlaşılan deyil: “Ermənistan müharibə meydanında uduzub. Uzun müddət müharibə edə biməzdi, müharibə etsəydi, daha çox itkiləri olacaqdı. Bir də Ermənistan nə zamana kimi blokada da yaşayacaq və qonşu ölkələrə qarşı düşmənçilik siyasətini həyata keçirəcək?! Bu gün erməni xalqı üçün şans yaranıb ki, onlar hazırkı vəziyyətdən istifadə edib, düzgün qəralar çıxartsınlar”.
C.Məmmədovun sözlərinə görə, 2 il bundan əvvəl Paşinyanı bir demokrat, insan hüquq və azadlıqlarının təminatçısı kimi hakimiyyətə gətirən xalq və müəyyən dairələr indi tamam fərqli bir mənzərənin şahidi olurlar: “Ermənistanda Paşinyana Qərb dairələrinin, onların özlərində ümidlər var idi. Amma Paşinyan tamam başqa bir istiqamət tutdu, zaman keçdikcə onun sələflərindən daha radikal, qeyri-demokrat olduğu özünü açıq şəkildə biruzə verdi. Qərb dairələri də, Ermənistanın özündə də demokratiyadan, insan hüquq və azadlıqlarından danışırdılar. Amma son günlər baş verənlərdə gördük ki, Ermənistan demokratiyaya doğru yox, daha çox diktaturaya doğru gedir. Əslində, Ermənistanda diktatura rejimi qurulub və bütün müxalifət liderləri həbs olunub, alternativ fikir söyləyən insanlara qarşı çox ciddi təzyiqlər var. Yəni burada hansısa demokratik dəyərlərdən söhbət etmək mümkün deyil. Baxın, Qaqik Sarukyanı həbs etdilər, buraxdılar, bir də həbs etdilər. Paşinyan özündən əvvəlki prezidentlərə - Köçəryana, Sərkisyana qarşı cinayət işi qaldırdı. Ermənistanda hansı demokratiyadan, hansı insan hüquq və azadlıqlarının qorunmasından söhbət gedə bilər? Burada Sorosun dəsti-xətti də açıq hiss olunur. Ona görə, ermənilər Sorosun ofisinə hücum etdilər. Yəni Ermənistanda bəzi Qərb dairələrinin dediyi, ümid etdiyi kimi demokratiyaya doğru irəliləyiş baş vermədi. Əksinə Ermənistanda vəziyyət daha da gərginləşdi, bu gün bunun daha sərt elementləri orada siyasi vəziyyətdə açıq şəkildə özünü göstərir”.
Millət vəkili onu da nəzərə çatdırıb ki, demokratiya baxımından Azərbaycanla Ermənistanı heç müqayisə etmək olmaz: “Çünki bizdə tamamilə fərqli bir mühit var. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi yüksək səviyyədədir. Bildiyiniz kimi, 50 partiya Azərbaycan Prezidentini təbrik etdi, müharibə dövründə də ölkə başçısının yanında olduğunu qeyd etdi. Bu, Azərbaycandakı vəziyyətlə oradakı vəziyyətin tamam fərqli olduğunu bir daha açıq göstərir”.
Şamo Emin
-
Sosial08:24
Xına mərasimi aparıcısı: "80 minə məclis danışmışıq"
-
Sağlamlıq08:12
Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
-
Avropa07:47
Ukraynadakı münaqişə buna görə ALOVLANMADI - "2027-ci ildən sonra..."
-
Magazin106:16
"Bir az bəzənən kimi deyirlər "Kimisə var"" - VİDEO
-
Magazin105:15
Xumar Yerin peykinə klip həsr etdi - VİDEO
-
İdman03:13
“Mançester Siti” unikal "uğura" İMZA ATDI
-
Sosial02:12
Gələn il ehtiyac meyarı artırılır - Kimlərə sosial yardım veriləcək?
-
Sosial00:30
Tanınmış vəkil vəfat etdi - FOTO