Nida Təhlil
İrəvanda həbs olunanları saxlamaq üçün boş yer tapılmır - Millət vəkili
“Əlbəttə ki, noyabrın 10-nu Azərbaycanın tarixi qələbə günüdür. Azərbaycanın rəşadətli ordusu döyüş meydanında Ali Baş Komandanımızın rəhbərliyi ilə qələbə çaldı. Eyni zamanda bu, cənab Prezidentimizin diplomatiyada növbəti qələbəsi kimi qiymətləndirilir. Bunun fonunda 9 bəndli sülh bəyanatı imzalanandan sonra Ermənistanın daxilində vəziyyət kəskin dəyişdi”.
Publika.az xəbər verir ki, bunu Ermənistanda daxili ictimai-siyasi sabitliyin pozulması ilə bağlı danışan millət vəkili Cavid Osmanov qeyd edib.
O nəzərə çatdırıb ki, Ermənistanda hərbi-siyasi hakimiyyət öz opponetlərini, yəni müxalif partiyaların liderlərini təqib edir, həbs etdirir: “Hazırda orada etirazçılara qarşı zor tətbiq olunur, söz azadlığının qarşısı alınır və ölkədə xaos, anarxiya hökm sürür. Ayrı-ayrı hərbi qruplaşmalar fərqli klanların əlinə keçib və beləliklə, ölkədə vətəndaş qarşıdurması yaranıb”.

C.Osmanov qeyd edib ki, Ermənistanda vəziyyət çox acınacaqlıdır: “Bunun fonunda biz görürük ki, bəzi beynəlxalq təşkilatlar, o cümlədən Qərb buna susqunluqla yanaşır. Sanki burada heç bir insan haqları tapdalanmır, siyasi baxışına görə insanlar həbs edilmir. Əslində, insanların azad söz deməsinin, azad medianın qarşısı alınır. Bu, çox təəssüfedici haldır ki, dünyada ikili standart mövqedən çıxış edən bəzi Qərb dairələri, beynəlxalq təşkilatlar buna göz yumurlar. Burada hər kəsə bir daha aydın olur ki, Ermənistanın bugünkü hərbi-siyasi rəhbərliyi məhz Soros Fonundunn məhsulu olduğu üçün bu məsələyə susqunluqla yanaşılır. Beynəlxalq təşkilatlar da Soros Fondundan maliyyələşdiyi üçün Qərb dairələri Ermənistandankı “demokratiya"ya susqunluqla yanaşır”.
C.Osmanov hesab edir ki, müstəqil siyasət yürüdən ölkələrdə Ermənistandakı mövzud hadisələrin 10 faizi baş versəydi, həmin Qərb dairələri, beynəlxalq təşkilatlar indi çox qərəzli bəyanatlarla çıxış edərdilər: “Məsələn, Azərbaycan Prezidenti hər zaman müstəqil siyasət yürüdüb və bu, belə dairələrin heç də xoşuna gəlmir. Belə beynəlxalq təşklatlar hər zaman çalışıblar ki, bu tipdə olan ölkələr onların bir marianet, eksperiment apardığı ölkə olsun”.
“Ermənistanda vəziyyət bu gün doğrudan da çox acınacaqlıdır, insanlar çöldə azad səslərini çıxarmaq iqtidarında deyilər. Ölkənin hüquq-mühafizə orqanları tərəfindən hər gün yüzlərlə insan həbs olunur. Hətta dünən yayılan məlumata görə, artıq İrəvanda həbs olunanları saxlamaq üçün yer olmadığından onları digər şəhərlərə aparırlar”, -deyə millət vəkili əlavə edib.
Şamo Emin
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi






































